Avtomobil qəzası, insult, dəm qazı, xərçəng... - Gənc yaşda vəfat edən yazıçılarımız

Avtomobil qəzası, insult, dəm qazı, xərçəng... - Gənc yaşda vəfat edən yazıçılarımız
10 iyul 2025
# 12:11

Ədəbi istedad insanın içindən püskürən bir alovdur. Onu heç nə söndürə bilməz. Bəzən elə həmin alov insanı yoxluğa aparır. Azərbaycan ədəbiyyatında da elə imzalar var ki, ömür kitabları yarımçıq qapansa da, qoyduqları izlər silinməzdir. Onlar yaşasaydılar, bəlkə də, çağdaş ədəbiyyatın istiqamətini dəyişəcək, sözün sərhədlərini yenidən çəkəcəkdilər. Lakin taleləri yarımçıq bir cümlə kimi sona çatdı.

Burada adlarını oxuyacağınız yazıçı və şairlər nakam ömür yaşamış qələm adamlarımızın bir qismidir.

Mövlud Mövlud necə intihar edib? – TƏFƏRRÜAT + YENİLƏNİB + FOTO

Mövlud Mövlud (1989-2017)

Özünü 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.

İkinci Mahmud - Bioqrafiya.com

İkinci Mahmud (1986-2019)

O, Bakıda, yaşadığı evdə ürəktutmasından vəfat edib.

Rauf Ra vəfat etdi

Rauf Ra (2001-2024)

O, dəm qazından dünyasını dəyişib.

Həsən Kür vəfat etdi - Unikal.az

Həsən Kür (1996-2025)

"Sevinc Moll" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atan Həsən Kür müalicə olunub evə buraxılandan bir müddət sonra vəfat edib.

Fərhad Mete. Şeirlər » Yarpaq.az

Fərhad Mete (1976-2009)

2009-cu il avqustun 13-də avtomobil qəzasında həlak olub.

Günel Eminli ( 1984-2023)

Xərçəng xəstəliyindən vəfat edib.

Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı

Zərdüşt Şəfi (1986-2012)

O, 2012-ci il 3 avqust tarixində qan xərçəngindən dünyasını dəyişib.

Unutma eynəkli qız - Məlik Cahanın şeirləri » Manera.Az

Məlik Cahan (1995-2018)

Özünü dənizə ataraq intihar eləyib.

Hamlet Kazımoğlu (1970-2001)

Ürək çatışmazlığından vəfat edib.

Kamran Su - Yetimçə (hekayə) » Yarpaq.az

Kamran Su (1992-2019)

O, infarktdan dünyasını dəyişib.

İstedadı ilə hamını heyrətləndirən, iki dəqiqəyə qızların sevimlisinə  çevrilən, gənc yaşında “yüksək doza”dan ölən azərbaycanlı şair – Maraqlı  faktlar

Aydın Əfəndi (1959-1996)

1996-cı ildə qəfildən vəfat edən Aydın Əfəndi Şamaxıda dəfn olunub.

metanet-qudsi-vefat-etdi

Mətanət Qüdsi (1997-2024)

Uzun sürən xəstəlikdən sonra vəfat edib.

Murad Muradov vəfat etdi

Murad Muradov (1986-2024)

İnsult keçirərək xəstəxanaya yerləşdirilən yazıçının həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycanlı gənc yazar vəfat etdi

Saqif Zeynal (1990-2020)

Avtomobil qəzasında vəfat edib.

ferhad-yalquzaq-emalatxanasinda-olu-tapildi

Fərhad Yalquzaq (1973-2025)

Yaşadığı və işlədiyi M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib və qanaxmadan dünyasını dəyişib...

# 752 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #