Daşkənddəki “Zamin nashr” nəşriyyatı Azərbaycanın Xalq yazıçısı Anarın “Gözmuncuğu” kitabını özbək dilində çap edib.
Əsəri özbək dilinə ədəbiyyatımızın yaxın dostu Babaxan Məhəmməd Şərif çevirib.
Kitaba yazıçının eyniadlı povesti də daxil edilib.
- Çində "Nizami irsi" layihəsinə strat verildi
 - Türk kültürü boyunduruq altında - Məhəmməd Əmin Rəsulzadə
 - Azərbaycanlı yazıçı vəfat edib
 
Xatırladırıq ki, Anar müasir Azərbaycan yazıçıları arasında Özbəkistanda çox tanınır.
Son illərdə Daşkənddə Anarın “Mən, sən, o və telefon” və “Qırmızı limuzin” kitabları işıq üzü görüb. Hər iki kitab qısa müddətdə satılıb./azertag.az/

