Siqaretinizin külü gələcəyinizə işarədir

Siqaretinizin külü gələcəyinizə işarədir
11 mart 2014
# 17:32

Aysel Rasif Əkbər

Hər gün onlarla, bəlkə də, yüzlərlə siqaretin çəkilməsinə şahid oluruq, (bəlkə də, elə sən (oxucu) də siqaretin istifadəçisisən). Və buna normal, heç bir təəccüb doğurmadan yanaşırıq, əlbəttə ki, siqareti çəkən qadın deyilsə... Mənim üçün siqareti çəkənin cinsindən asılı olmayaraq buna münasibət, yanaşma eynidir.

Kişi üçün “normal”dırsa, qadın üçün də “normal”dır. Çünki, siqaret qadın vücuduna mənfi, kişi vücuduna isə müsbət təsir etmir. Verəcəyi zərər eynidir və çox təəssüf ki, onun zərərlərindən agah ola-ola insanlar ondan istifadə edir. Hər siqaret qutusu üzərində ən mədəni halda “siqaret sağlamlığınıza ziyandır” yazılıb. Amma “sən” ondan istifadə edirsən. Bir dəfə bir qrup yoldaşımın siqaret qutusunda “siqaret sizi öldürür” yazısını görmüşdüm. Yazını ona göstərdim (sözsüz mən göstərəndə ilk dəfə olaraq görmürdü) sadəcə güldü. “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə sürəsi 2/195), “Özünüz özünüzü öldürməyin” (Nisa sürəsi 4/29). Sizcə siqaret çəkmək bura daxil deyil?! Dini inancınız İslamdırsa, onda nə dərərcədə günah etdiyinizə bir baxın.

Siqaretin çəkilməsinə səbəb nədir deyə çox düşündüm. İnanın ki, keçərli cavab tapa bilmədim. Problemli olanda “rahatladıcımı?” yoxsa, bunu dününəcək qədər aciz olmaqmı?! Siz qərar verin. Məncə, hər kəs elə insanlar tanıyar ki, məktəb yaşlarından siqaretin aludəçisi olub. Bunun səbəbi bəllidir, oğlan uşaqları siqaret çəkməyi “kişiliyin” simvolu kimi görür. Bunu belə bilməsi də valideynin laqeydliyidir. Əgər, evinizə gələn qonaq siqaret çəkirsə, buna qəti icazeə verməyin. Daha pisi bir atanın övladlarının yanında siqaret çəkməsi, ondan da pisi uşağına siqareti aldırmasıdır.

Təzəlikcə bir marketdə 10 yaşından balaca bir uşağın siqaret alaraq çıxdığını, daha sonra, liftdə bir qalxdığımızda siqaret qutusunu maraqla incələdiyini gördüm. Çox acınacaqlı vəziyyətdir. Bəzən, insanlar siqaretin zərərlərini bilib sadəcə, alışqanlıq halına gəldiyi üçün ondan istifadəni sonlandıra bilmədiklərini deyirlər, demək zəiflik edirlər. Ən azından siqareti tərgidə bilən bir kimsə varsa, demək siz də bacararsız, bacarmalısınız.

Hər insanda fərli fikirlər var, əlbəttə, siqaretin çəkilməsi ilə bağlı. Mənim yanımda siqaret çəkiləndə isə, bilmirəm düzdür, ya yox, özümə qarşı hörmətsizlik kimi hiss edirəm və bunu yanımda siqaret çəkən hər kəsə də deyirəm. Məncə, bunu oxuyan hər adam bunu etsə yaxşı olar, ən azından sizin yanınızda olanda insanlar özlərinə zərər verməyə davam etməzlər. Siqaretin zərərlərindən yazmaq məncə mənasızdır, bunu bilməyə maraq edən insan ən sadə yolla, “google” də “siqaretin zərərləri” yazıb axtarışa verməsi bəs edər, həqiqətən, bunu bircə dəfə olsa barı edin, oxuyun, görün gələcəyinizi necə “yandırıb kül” edirsiz. Və sonra yandırdığınız siqaretinizin külünə baxın. Əgər düzgün iş gördüyünüzdən bir balaca da olsa, əminsinizsə, elə onda çəkməyə davam edin, məncə...(!)

# 2690 dəfə oxunub

Oxşar xəbərlər

Maria - Sabir Etibarlının hekayəsi

Maria - Sabir Etibarlının hekayəsi

16:48 30 aprel 2024
Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
#
#
# # #