Avropa Kino Akademiyası ən yaxşı filmi seçdi

Avropa Kino Akademiyası ən yaxşı filmi seçdi
9 dekabr 2013
# 13:12

Dekabrın 7-də Berlində Avropa Kino Akademiyasının mükafatları təqdim olunub. Kulis.az-ın kinonews.ru-ya istinadən verdiyi xəbərə görə mükafatlandırmanın nəticələri gözlənilməz olub: baş mükafat Kann festivalının əsas müsabiqəsində mükafatsız qalan filmə qismət olub- Paolo Sorrentinonun “Möhtəşəm gözəllik” filminə.

Kannın baş mükafatını alan “Adelin həyatı” (Abdullatif Keşiş) filmini isə Avropa kino Akademiyası yekdilliklə iqnor edib.

Paolo Sorrentinonun “Möhtəşəm gözəllik” filmi ən yaxşı Avropa filmi, “Ən yaxşı rejissor”, Toni Servillonun roluna görə isə “Ən yaxşı aktyor” nominasiyalarında qalib olub. Akademiyanın “Ən yaxşı montaj işi”nə görə mükafatını da məhz bu film qazanıb.

“Ən yaxşı aktrisa” nominasiyasını “Bölünmüş dairə” adlı Belçika filmindəki roluna görə Virle Baetens qazanıb. “Ən yaxşı komediya” nominasiyasında Süzan Birin baş rolda Pirs Brosnanın oynadığı “Sənə lazım olan şey sevgidir” filmi olub.

“Ən yaxşı ssenari” nominasiyasında isə ssenari müəllifi Fransua Ozonun olduğu “Evdə” filmi olub.

“Ən yaxşı quruluşçu rəssam” nominasiyasında “Anna Karenina” filmi mükafat alıb. Ulrix Zaydlın “Cənnət. İnam” filmi isə “Ən yaxşı səs operator işi”nə görə qalib olub.

“Dünya kinosuna verdiyi töhfələrə görə” isə rejissor Pedro Almadovar mükafatlandırılıb.

# 4546 dəfə oxunub

Oxşar xəbərlər

Fələstin haqqında film  tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

Fələstin haqqında film tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

13:30 13 oktyabr 2026
İlon Mask  haqqında sənədli film ətrafında qalmaqal

İlon Mask haqqında sənədli film ətrafında qalmaqal

12:30 13 oktyabr 2026
Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

11:01 13 oktyabr 2026
Özge Gürel:  "Bu işə başlayarkən çox qorxurdum"

Özge Gürel: "Bu işə başlayarkən çox qorxurdum"

10:26 13 oktyabr 2026
Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

10:09 13 oktyabr 2026
"Uşaqlara qarşı ən qorxunc günah..." –  Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

"Uşaqlara qarşı ən qorxunc günah..." – Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

14:07 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər