Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı baş tutdu

Xankəndidə “Zəfər zəngi”  filminin təqdimatı baş tutdu
27 sentyabr 2025
# 11:52

Sentyabrın 27-də Xankəndi şəhərində, Qarabağ Universitetində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Zəfər zəngi” adlı sənədli filmin təqdimatı olub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqlər şöbəsindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, təqdimat şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra filmin ssenari müəllifi, əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı çıxış edərək, Xankəndidə qəhrəmanlarımızın şücaətini göstərən filmin nümayişinin böyük bir qürur hissi yaşatdığından danışıb:

“44 gün – 30 illik həsrətin sonu, Zəfərin başlanğıcı oldu. 44 gün xalqımız bir ürək, bir yumruq oldu. Minlərlə igidimiz öz canını sipər edərək, torpaqlarımızı azad etdi. Şəhidlərimizin qanı ilə yazılan bu tarix, ordumuzun gücü, xalqımızın birliyi ilə qazanıldı. Bu gün ayaq basdığımız torpaqlarımız, Vətənimiz azaddır. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz toxunulmazdır. Yaşasın Zəfərimiz, yaşasın Azərbaycan!”

A. Telmanqızı bildirib ki, bu filmlə biz tariximizi, qürurumuzu, zəfərimizi yad edəcəyik. Tariximizin ən şərəfli səhifələrini bir daha xatırlayacağıq: “Qoy bu təqdimat mərasimi şəhidlərimizin ruhuna bir dua, qazilərimizə bir təşəkkür, gənclərimizə isə bir yol xəritəsi olsun”.

Şəhid atası, Xankəndi sakini Kamran Nəsirov oğlu Xəqaniin keçdiyi döyüş yolundan, oğlunun da canı bahasına azad etdiyi torpaqda qürurla yaşadığından danışıb. Xüsusi təyinatlı Aslan Şərifov isə bu gün ilk dəfə azad etdiyi Xankəndiyə ayaq basmasıdan söz açıb, o günlərlə bağlı xatirələrini bölüşüb. Bu gün həm də Xankəndi, Ağdərə və Xocalıdakı açılışları, köçü əks etdirən videoçarx da nümayiş olunub.

Qeyd edək ki, təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, qazilər, şəhid ailələrinin üzvləri, ziyalılar, media nümayəndələri iştirak edib.

# 955 dəfə oxunub

Oxşar xəbərlər

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

12:10 9 yanvar 2026
Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

16:10 8 yanvar 2026
Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

11:20 8 yanvar 2026
Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

16:00 7 yanvar 2026
“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

15:10 7 yanvar 2026
Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

14:30 7 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər