“Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edildi

“Tağıyev: Neft”  filmi “Oskar” mükafatına namizəd təqdim edildi
4 sentyabr 2025
# 15:00

“Tağıyev: Neft” filmi Azərbaycanın “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında 98-ci Kino Akademiyasının “Oskar” mükafatına namizəd təqdim edilib.

Kulis.az xəbər verir ki, bunu Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev bildirib.

O qeyd edib ki, kateqoriya üzrə uzun siyahı oktyabr, qısa siyahı dekabrda, əsas nominasiyalar isə 2026-cı ilin yanvarında elan olunacaq. Mükafatlarılma mərasimi isə 2026-cı ilin martında Los-Ancelesdə keçiriləcək.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

“Tağıyev: Neft” filmi milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır. Filmdə XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur. Azərbaycan tarixinin bu mərhələsinin tanıdılması və milli dəyərlərimizin təbliğinə əhəmiyyətli töhfə olan 4 seriyalı filmin məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd edildiyi 2024-cü ildə təqdim olunması əlamətdar hadisədir.

Bu ekran əsəri vasitəsilə Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk dəfə xüsusi məktəbin əsasını qoyması, Azərbaycanda neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olması kimi diqqətəlayiq məsələlər diqqət mərkəzinə gətirilir.

Filmin çəkilişləri miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri aparılan ekran əsərinin kütləvi səhnələrində 2500-ə yaxın yaradıcı şəxs iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla, geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.

# 129 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq Film Fondu  layihələrin qəbulunu elan etdi

Beynəlxalq Film Fondu layihələrin qəbulunu elan etdi

13:00 4 sentyabr 2025
8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı oldu

8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı oldu

12:40 4 sentyabr 2025
"Call of Duty"  oyunu əsasında film çəkiləcək

"Call of Duty" oyunu əsasında film çəkiləcək

11:00 4 sentyabr 2025
92 yaşlı ulduz 10 ildən sonra qırmızı xalçaya çıxdı

92 yaşlı ulduz 10 ildən sonra qırmızı xalçaya çıxdı

13:00 3 sentyabr 2025
Donald Tramp  Vudi Allenin filmində oynayacaq?

Donald Tramp Vudi Allenin filmində oynayacaq?

15:40 2 sentyabr 2025
İkinci mövsümdə qazancları 2 dəfədən çox artdı

İkinci mövsümdə qazancları 2 dəfədən çox artdı

15:31 2 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər