“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyən edildi

“Sən, ey uşaqlıq”  müsabiqəsinin finalçıları müəyyən edildi
15 iyul 2026
# 14:00

Azərbaycan Kinematoqrafçılar İttifaqının 1 oktyabr 2025-ci il tarixində elan etdiyi “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin finalçıları müəyyənləşib.

Kulis.az finalçıların siyahısını təqdim edir.

Azər Allahverdi – “Rüzgar”

Ülviyyə Heydərova – “Bir, iki, üç”

Elvin Məcidli – “Akvarium”

Elxan Xanəlizadə – “Mustafa”

Fərid Hüseynli, Xan Abdulla – “Yazgülün nəvəsi”

Mirsadıq Ağazadə – “Bayramınız mübarək”

Nurlan Həsənli – “Anam xaric”

Reyhan Yusifqızı – “Qapı arxasında o”

Rövşən Məmmədov – “Qardaşım”

Şəbnəm Xeyrulla – “Meşə növbətçisi”

Qeyd edək ki, öncə, ssenarilərin qəbulu üçün son gün 2026-ci il 1 aprel tarixi müəyyən olunsa da, müraciətlərin axınını nəzərə alaraq, sonradan bu tarixi aprelin 15-nə qədər uzatmaq qərarı verilib.

Bu müddət ərzində [email protected] elektron ünvanına 39 adda ssenari daxil olub. Texniki parametrlərə cavab verməyən 8 ssenari müsabiqədən kənarlaşdırılıb, 31 ssenari isə seçim mərhələsinə buraxılıb. Qalib ssenarilər 2 avqust 2026-cı il tarixində elan olunacaq. Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) diplom və pul mükafatı ilə təltif ediləcəklər.

# 86 dəfə oxunub

Oxşar xəbərlər

Cem Yılmazın yeni filmindən maraqlı kadr - 13 yaşlı oğlu rejissor kürsüsündə

Cem Yılmazın yeni filmindən maraqlı kadr - 13 yaşlı oğlu rejissor kürsüsündə

13:10 15 iyul 2026
250 milyonluq "Moana"dan gözlənilməz nəticə

250 milyonluq "Moana"dan gözlənilməz nəticə

12:14 15 iyul 2026
"Qarağac küçəsində kabus"un yeni filmi çəkilir

"Qarağac küçəsində kabus"un yeni filmi çəkilir

17:10 14 iyul 2026
“Sərt gözəllik” sənədli filminin çəkilişləri yekunlaşmaq üzrədir

“Sərt gözəllik” sənədli filminin çəkilişləri yekunlaşmaq üzrədir

12:30 14 iyul 2026
"Muxtar" serialının ulduzu 34 yaşında vəfat etdi

"Muxtar" serialının ulduzu 34 yaşında vəfat etdi

12:00 14 iyul 2026
“Qız gecə vaxtı evinə yad kişi gətirirsə...” – Fəxrəddin Manafovun qalmaqallı filmi

“Qız gecə vaxtı evinə yad kişi gətirirsə...” – Fəxrəddin Manafovun qalmaqallı filmi

18:20 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər