Prezident mükafatçısı Ramil Əhməd kimdir? - Dosye

Ramil Əhməd, yazar

Ramil Əhməd, yazar

4 fevral 2021
# 12:02

Xəbər verdiyimiz kimi, on gənc Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb.

Onlardan biri olan Ramil Bayram oğlu Əhmədov kimdir?

Ramil Əhmədov 1994-cü il yanvarın 1-də anadan olub. 2000-2011-ci illərdə Şuşa rayonu Malıbəyli kənd 2 saylı orta məktəbində təhsil alıb. 2006-2011-ci illərdə Şuşa rayonu Malıbəyli kənd uşaq musiqi məktəbində musiqi təhsili alıb.

2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

2015-2018-ci illərdə “Yunus Əmrə Türk Dili Təqaüd Proqramı”nı qazanaraq Memar Sənan Gözəl Sənətlər Universitetinin Türk Dili və Ədəbiyyatı ixtisası üzrə magistr təhsili alıb. 2018-ci ildən İstanbul Universitetinin doktorantıdır.

Müxtəlif illərdə “525-ci qəzet”in mədəniyyət müxbiri olaraq işləyib.

2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin 21 nəfərdən ibarət Gənclər Şurasına üzv seçilib.

2015-2016-cı illərdə İstanbul Elmlər Akademiyasında “Türk Dili və Ədəbiyyatı” dərslərində iştirak edib.

2017-ci ildə Avrasya Yazarlar Birliyinin təşkil etdiyi “Türk Dünyası Gənc Yazarların Görüşü”ndə Azərbaycanı təmsil edib.

2019-cu ilin Fevral-May aylarında Anadolu Yazarlar Birliyinin təşkil etdiyi “Çeviri Atölyesi” layihəsində iştirak edib.

2019-cu ildə İstanbul Universiteti Azərbaycan Kültür və Dayanışma Topluluğunun Mədəniyyət koordinatorluğunu icra edib.

2019-cu ildə Dünya Ədəbiyyatı jurnalının redaksiya heyətinə üzv qəbul edilib.

“Ulduz”, “Naşir”, “Kitabçı” jurnallarında, “525-ci qəzet”, “Ədəbiyyat qəzeti” və s. qəzetlərdə şeir, publisistik məqalə, tərcümə və müsahibələri dərc olunub.

Türkiyənin müxtəlif dil və ədəbiyyat araşdırmaları jurnallarında Azərbaycan, Türk və dünya ədəbiyyatlarına dair bədii və elmi məqalələri işıq üzü görüb. Bir çox elmi araşdırmalarıyla İstanbul Universiteti, Trakya Universiteti, İstanbul Mədəniyyət Universiteti, Avrasiya Araşdırma Mərkəzi kimi nüfuzlu qurumların təşkil etdiyi konfranslarda çıxış edib.

2020-ci ildə Makedoniyada keçirilən “VI Yəhya Kamal Beyatlı Şeir Festivalı”nda Azərbaycanı təmsil edib.

2021-ci ildə Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Xocavənd rayonu üzrə nümayəndə təyin edilib.

2015-ci ildə “Zaman Tuneli” kitabı Azərbaycan Yazıçılar Birliyinin layihəsi olan “AYB Kitab” seriyasından nəşr olunub.

Həmin kitab 2020-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində Türkiyədə nəşr olunub.

2017-ci ildə “Qırmızı” şeirlər kitabı “Ulduz” jurnalının Dərgidə Kitab layihəsi çərçivəsində nəşr olunub.

2018-ci ildə ədəbi-analitik esselərdən ibarət “İki şəhərin yazıları” adlı kitabı işıq üzü görüb.

2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib, həmin il Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi “Prezident Təqaüdü”nə layiq görülüb.

2014-cü ildə Milli Kitabxanada keçirilən “Gəncliyin Səsi” Festivalında fəal iştirakına görə Mədəniyyət Nazirliyinin diplomuna layiq görülüb.

2015-ci ildə ədəbiyyat sahəsindəki uğurlarına görə Gənclər və İdman Nazirliyinin “Gənclər Mükafatı”na layiq görülüb.

2021-ci ilin yanvarında Mədəniyyət Nazirliyinin “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin esse janrı üzrə qalibi olub.

Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb.

# 1938 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat və həyat - Con Qolsuorsinin essesi

Ədəbiyyat və həyat - Con Qolsuorsinin essesi

13:00 18 may 2024
Beynəlxalq Muzeylər Günü  münasibətilə sərgi açıldı

Beynəlxalq Muzeylər Günü münasibətilə sərgi açıldı

12:00 18 may 2024
Milli Teatrda “Əsrə bərabər gün"  tamaşası səhnələşdirildi

Milli Teatrda “Əsrə bərabər gün" tamaşası səhnələşdirildi

11:00 18 may 2024
Bu gün Beynəlxalq Muzeylər Günüdür

Bu gün Beynəlxalq Muzeylər Günüdür

10:20 18 may 2024
Vüsal Murtuzəliyev:  "Cinsi azlıqlara yaxşı baxmıram" - Müsahibə

Vüsal Murtuzəliyev: "Cinsi azlıqlara yaxşı baxmıram" - Müsahibə

21:00 17 may 2024
“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

18:40 17 may 2024
#
#
# # #