“Mənim sehrli dünyam” Almaniyada

“Mənim sehrli dünyam” Almaniyada
11 aprel 2025
# 09:37

Ultra Production və Cinex Production birgə istehsalı olan rejissor Elvin Adıgözəlin “Mənim sehrli dünyam” tammerajlı bədii filminin dünya premyerası nüfuzlu “goEast” kino festivalında baş tutacaq. Film festivalın 14 filmdən ibarət əsas müsabiqə proqramına daxil olub və 28 aprel 2025-ci il tarixində nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, film rayonun kənd ansamblında çıxış edən və Bakıda musiqili televiziya şousunda iştirak etməyi arzulayan iki uşaqlıq dostu – Babək və Sahilin hekayəsindən bəhs edir. Televiziya şousuna aparan yol onların dostluqlarını sınağa çəkir.

Filmdə aktyorlar Cahangir Məlikov, Kamil Nazim, Kəmalə İsrafilova, Yusif Dadaşov, Ramiq Nəsirov, Xalıq Bəkirov, Zülfiyyə Nəzir Məmmədova, Zemfira Abdülsəmədova, İlqar Dadaşov, Mahir Mirişli, İskra Tarrant, Aygül Sadıqova, İntiqam Hacılı və digərləri rol alıb.

Filmin prodüserləri Emil Nəcəfov (Ultra production) və Mariya İbrahimova (Cinex production), ko-prodüserləri Olqa Matat, Sergey Konnov və Vlad Dudko (Evos Film, Ukrayna), operatoru Natiq Hüsiyevdir.

Elvin Adıgözəlin həm də ssenari müəllifi olduğu “Mənim sehrli dünyam” filmi istehsalat dövründə When East Meets West kino forumunun First Cut Lab və First Cut Plus proqramlarında iştirak edib və TRT (Türkiyə) televiziya kanalının mükafatına layiq görülüb.

Qeyd edək ki, 25-ci “goEast” festivalı 23-29 aprel tarixlərində Almaniyanın Visbaden şəhərində keçiriləcək. Festival əsasən Mərkəzi və Şərqi Avropa filmlərinə fokuslanır və hər il festival çərçivəsində təqribən 110 bədii, sənədli, qısa metrajlı və VR işləri nümayiş etdirilir. Festival Şərq və Qərb arasında dialoq forumu funksiyasını yerinə yetirir.

“Mənim sehrli dünyam” rejissor Elvin Adıgözəlın dördüncü tammetrajlı filmidir. Bundan əvvəl o, “Buqələmun”, “Qaranlıqdan reportaj”, “Biləsuvar” kimi uğurlu filmlərə imza atıb.

# 1647 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət Film Fondunda “İnsan Hüquqları Aylığı”  çərçivəsində tədbir təşkil edildi

Dövlət Film Fondunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir təşkil edildi

18:20 12 iyun 2026
Məşhur türk filmi yenidən çəkiləcək

Məşhur türk filmi yenidən çəkiləcək

14:11 11 iyun 2026
"Squid Game" ulduzunun yeni layihəsi: "Netfliks"dən daha bir Cənubi Koreya serialı

"Squid Game" ulduzunun yeni layihəsi: "Netfliks"dən daha bir Cənubi Koreya serialı

13:00 11 iyun 2026
Şon Penn: "Hətta əlil arabasındakı uşağa da rədd cavabı verəcəyəm"

Şon Penn: "Hətta əlil arabasındakı uşağa da rədd cavabı verəcəyəm"

11:07 11 iyun 2026
Stiven Spilberqdən yeni film: Yadplanetlilər bizimlə birgə yaşayır?

Stiven Spilberqdən yeni film: Yadplanetlilər bizimlə birgə yaşayır?

16:18 10 iyun 2026
"Good Will Hunting" filminin rejissorundan yeni film

"Good Will Hunting" filminin rejissorundan yeni film

16:00 10 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər