"Kinomexanikin qayıdışı" daha bir mükafat aldı

"Kinomexanikin qayıdışı"  daha bir mükafat aldı
11 mart 2025
# 14:32

Rejissor Orxan Ağazadənin tammetrajlı sənədli-bədii filmi “Kinomexanikin qayıdışı” növbəti beynəlxalq uğurunu qazanıb.

Kulis.az xəbər verir ki, "ArtDocFest Riga" Film Festivalında münsiflərin xüsusi mükafatı ilə təltif edilib.

festivalın münsifləri tərəfindən yüksək qiymətləndirilən sənədli film əvvəllər də bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdü. Ekran işi Cənubi Koreyada keçirilən “EIDF EBS Beynəlxalq Kino Festivalı”nın baş mükafatı – “Documentary Goyang Award”, “Festival des Trois Continents” çərçivəsində “Gənc Münsiflər Mükafatı” (Young Jury Award) və “Peşəkar Münsiflərin Xüsusi Mükafatı” (Professional Jury Special Mention) kimi nominasiyaların da qalibi elan edilib.

Qeyd edək ki, filmin Bakıda ilk nümayişi Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Azərbaycan” kinoteatrında baş tutub. Ekran əsəri 11 mart 2025-ci il tarixində tamaşaçılara elə bu məkanda yenidən təqdim olunacaq.

# 2371 dəfə oxunub

Oxşar xəbərlər

44 bədii filminin yeni tizeri yayımlandı - "Əsas məqsəd"

44 bədii filminin yeni tizeri yayımlandı - "Əsas məqsəd"

14:52 14 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək

"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək

12:40 14 sentyabr 2026
İsrailli nazir Qəzza haqqında film çəkən rejissorların vətəndaşlıqdan çıxarılmasını tələb etdi

İsrailli nazir Qəzza haqqında film çəkən rejissorların vətəndaşlıqdan çıxarılmasını tələb etdi

12:00 14 sentyabr 2026
Məşhur prodüser vəfat etdi

Məşhur prodüser vəfat etdi

11:20 14 sentyabr 2026
44 filminin yeni tizeri yayımlandı

44 filminin yeni tizeri yayımlandı

17:38 12 sentyabr 2026
Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

17:19 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər