“Kino günü” ənənəvi mükafatının qalibləri açıqlandı

“Kino günü” ənənəvi mükafatının qalibləri açıqlandı
1 avqust 2024
# 12:50

Azərbaycan Kinematoqrafçılar İttifaqı kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü münasibətilə mükafatlandırdığı kinematoqrafçıların builki siyahısını açıqlayıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən, 2024-ci il üçün İttifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar layiq görülüblər:

Əli-Səttar Quliyev (rejissor, prodüser) – Son illərdə uğurlu prodüser fəaliyyətinə görə;

Rasim Cəfər (aktyor) – “Mən burdayam, ilahi!” bədii filmində “Teymur” rolunun uğurlu ifasına görə;

Emil Nəcəfov (prodüser) – Müəllif kinosunun inkişafına töhfələrinə görə;

Orxan Mərdan (prodüser) – “Səma ilə görüş” bədii filminin uğurlu prodüser işinə görə;

Rejissor Əli-Səttar Quliyevin çəkdiyi və prodüseri olduğu “Olimpia” filmindəki hekayə 1980-ci ildə Moskva şəhərində başlamış, 2015-ci ildə Azərbaycanın mənzərəli Şimal-Qərb bölgələrindən birində davam edir və uzaq Kubada sona çatır. Keçmiş Olimpiya mükafatçısının həyatından bəhs edən film melodram janrında çəkilib. Onun prodüseri olduğu “Sanki yoxsan” filmi 77-ci Kann Beynəlxalq Film Festivalında qısametrajlı filmlər müsabiqəsində 4420 film arasından seçilərək baş mükafat uğrunda mübarizə aparıb. Qısa filmlər üzrə 11 ölkədən namizəd iştirak edib. Bunlar, Azərbaycan da daxil olmaqla, Braziliya, Bolqarıstan, Kanada, Çin, Xorvatiya, Fransa, Kosovo, Litva, Portuqaliya və ABŞ-dir.

Aktyor Rasim Cəfərin çəkildiyi “Mən burdayam, ilahi!” tammetrajlı bədii filmi Vətən müharibəsi mövzusunda çəkilib. Müharibədə yaralanan qazi komadan ayılarkən anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. Həyatını qaydasına salmağa çalışaraq, qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib.

Emil Nəcəfov bir çox xarici filmlərin ölkə ərazisində çəkilişinin təşkilatçısı, prodüseri olub. Onun prodüseri olduğu filmlər (“Hasar”, “Qız qalası”, “Məhvolma”, “Mən hələ də səninlə danışıram”, “Yadlar”, “Mənim sehrli dünyam” və s.) müxtəlif beynəlxalq festivalların müsabiqə bölməsində iştirak edib və mükafatlara layiq görülüb.


Orxan Mərdanın prodüseri olduğu “Səma ilə görüş” bədii filmində azərbaycansayağı Robin Qud əhvalatı danışılır. Azərbaycan kinematoqrafiyasında uğurlu prodüser layihəsi kimi ərsəyə gətirilmiş filmdə macəra, dram və komediya janrları birləşir. Süjetin kökü qəhrəmanların uşaqlıq xatirələrinə söykənir. Hadisələrin gedişatında gözlənilməz vəziyyətlər kəskin ziddiyyətləri ortaya qoyur…

“Səma ilə görüş” filmi Azərbaycan kinematoqrafiyasında uğurlu prodüser layihəsi hesab olunur.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə ünvanlanır. Mükafatı təsis etməkdə məqsəd, milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən İttifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir və açıq səsvermə yolu ilə laureatları seçir. Bu vaxta qədər Xalq yazıçısı Anar, kino rəssamı Firəngiz Qurbanova, diplomat və ictimai xadim Ramiz Abutalıbov, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu, aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, aktyor Fərhad İsrafilov, kinorejissor Murad İbrahimbəyov, kinorejissor Cahangir Zeynallı, operator Yuri Varnovski, bəstəkar Rauf Əliyev, rejissor Mirbala Səlimli, kinoşünas Sevda Sultanova, aktrisa Zülfiyyə Qurbanova, rejissor İlkin Yusif, animator Rəşid Ağamalıyev, prodüser İntiqam Hacılı və başqa peşəkarlar bu nüfuzlu mükafata layiq görülüblər.

# 2240 dəfə oxunub

Oxşar xəbərlər

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

14:30 11 avqust 2026
Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

11:20 11 avqust 2026
Dünya kinosunun unudulmaz Zorrosu -  Antonio Banderasın 3 əfsanəvi rolu

Dünya kinosunun unudulmaz Zorrosu - Antonio Banderasın 3 əfsanəvi rolu

17:00 10 avqust 2026
64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı

64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı

16:30 10 avqust 2026
“Tanrının Zirehi: Ultimatum”un Bakı mərhələsi - Ceki Canın Azərbaycanda ilk ekran işi

“Tanrının Zirehi: Ultimatum”un Bakı mərhələsi - Ceki Canın Azərbaycanda ilk ekran işi

13:15 10 avqust 2026
Şerlok Holms yenidən   ekranlara qayıdır

Şerlok Holms yenidən ekranlara qayıdır

11:00 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər