Kino Agentliyinin seçmədiyi layihənin rejissoru: “Onlar bizdən daha yaxşı bilirlər?”

Kino Agentliyinin seçmədiyi layihənin rejissoru: “Onlar bizdən daha yaxşı bilirlər?”
17 noyabr 2025
# 18:48

Rejissor Nicat Dadaşov “Mənim evim” adlı sənədli film layihəsinin Azərbaycan Kino Agentliyi tərəfindən “kifayət qədər məqbul olmayan” hesab edilməsinə münasibət bildirib.

Kulis.az xəbər verir ki, o, sosial media hesabında layihənin ölkədə dəstək görməməsinə baxmayaraq, beynəlxalq arenada ardıcıl uğurlar qazandığını vurğulayıb.

Dadaşov qeyd edib ki, layihə dünyanın ən nüfuzlu sənədli kino platformalarından biri olan "EAVE CHANGE" proqramına qəbul olunub. Onun sözlərinə görə, layihəni Moldovada iki seminar, daha sonra isə CPH-də böyük pitçinq mərhələsi gözləyir. Pitçinq zamanı rejissor Ülviyyə Əhmədova ilə birlikdə 7 dəqiqəlik təqdimat edəcəklər: 3 dəqiqəlik treyler və 4 dəqiqəlik çıxış. Ardınca isə təxminən 300 beynəlxalq maliyyəçinin iştirak etdiyi zalda moderatorla dialoq olacaq.

Rejissor bildirib ki, pitçinqdən sonra layihəni maliyyələşdirə və koproduksiya edə biləcək qurumlarla üz-üzə görüşlər keçiriləcək:

“Yəni bizim ‘seçilməyən’ layihə üçün real maliyyə və koproduksiya imkanları açılır. Həm də böyük imkanlar.”

Dadaşovun sözlərinə görə, layihə bununla da bitmir:

"Və nəhayət, bu gün öyrəndik ki, layihəmiz "Eurasiadoc / Docmonde" proqramına da seçilib. Fransanın Xarici İşlər Nazirliyindən tutmuş, "Umut Doc"a qədər bir çox beynəlxalq qurum tərəfindən dəstəklənən yazı laboratoriyası. Yəni layihəmiz təkcə festivallara yox, həm də ciddi yaradıcılıq və inkişaf platformalarına daxil olur".

Rejissor bu uğurların hamısının xarici kino institutları tərəfindən verildiyini, ölkə daxilində isə layihənin dəstək görmədiyini xüsusi vurğulayıb:

"Bütün bunlar harada baş verir? Xaricdə. Kimlər tərəfindən? Dünyanın aparıcı kino məktəbləri, institutları, sənədli film təşkilatları tərəfindən. Bəs bu dəstəyi biz harada görmədik? — Öz ölkəmizin kino agentliyində".

Nicat Dadaşov açıqlamasının sonunda Ekspert Şurasının bir üzvünün ona ünvanladığı məşhur cümləni xatırladıb:

“Demək istəyirsiniz ki, onlar bizdən daha yaxşı bilirlər?” Mən bu suala cavab belə verməyəcəyəm. Çünki cavab artıq ortadadır".

# 1822 dəfə oxunub

Oxşar xəbərlər

“Sən, ey uşaqlıq”  müsabiqəsinin finalçıları müəyyən edildi

“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyən edildi

14:00 15 iyul 2026
Cem Yılmazın yeni filmindən maraqlı kadr - 13 yaşlı oğlu rejissor kürsüsündə

Cem Yılmazın yeni filmindən maraqlı kadr - 13 yaşlı oğlu rejissor kürsüsündə

13:10 15 iyul 2026
250 milyonluq "Moana"dan gözlənilməz nəticə

250 milyonluq "Moana"dan gözlənilməz nəticə

12:14 15 iyul 2026
"Qarağac küçəsində kabus"un yeni filmi çəkilir

"Qarağac küçəsində kabus"un yeni filmi çəkilir

17:10 14 iyul 2026
“Sərt gözəllik” sənədli filminin çəkilişləri yekunlaşmaq üzrədir

“Sərt gözəllik” sənədli filminin çəkilişləri yekunlaşmaq üzrədir

12:30 14 iyul 2026
"Muxtar" serialının ulduzu 34 yaşında vəfat etdi

"Muxtar" serialının ulduzu 34 yaşında vəfat etdi

12:00 14 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər