“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək
11 dekabr 2024
# 16:25

Azərbaycan Kinematoqrafçılar İttifaqı “OB FILM” və “KİNOBİZ” şirkətləri tərəfindən birgə istehsal olunmuş “İşığa doğru” sənədli filminin beynəlxalq film festivallarına təqdim olunmasına vəsait ayırıb.

İttifaqdan Kulis.az-a bildirilib ki, müşahidə və subyektiv kamera üsulları ilə ərsəyə gətirilən və iki paralel süjet xətti üzərində qurulan “İşığa doğru” sənədli filmində hadisələr Qarabağın işğaldan azad olunmuş ərazilərində cərəyan edir.

Sübh tezdən ata, oğul və qardaşoğlu illər sonra işğaldan azad olunmuş kəndlərinə doğru yola çıxırlar. Bu səfər zamanı onlar müharibənin törətdiyi dağıntılar altından 30 il əvvəl itirdiklərini – doğmalarının məzarını, uşaqlıqlarını, gəncliklərini, bir sözlə, keçmişin izlərini axtarırlar...

Ərşad Əliyev, Rəsul Kamal və Elşad Ərşadoğlunun iştirakı ilə çəkilən filmin ssenari müəllifi və rejissoru Elşad Ərşadoğludur.

# 2146 dəfə oxunub

Oxşar xəbərlər

Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Kino tarixinin unudulmaz performansları -  Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

Kino tarixinin unudulmaz performansları - Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

15:00 12 noyabr 2026
"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

14:34 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər