“Herri Potter” filmlərinin məşhur simaları Daniel Redklif və Tom Felton uzun illərdən sonra yenidən görüşüblər.
Kulis.az xəbər verir ki, Nyu-Yorkda keçirilən “Merrily We Roll Along” filminin təqdimatında iştirak edən aktyorlar bir-birini qucaqlayaraq qısa söhbət ediblər.
Tədbirdə onların birlikdə foto çəkdirməsi də diqqət çəkib.