Dövlət dəstəyi ilə çəkilən filmlərin təqdimatı keçiriləcək

Dövlət dəstəyi ilə çəkilən filmlərin təqdimatı keçiriləcək
9 yanvar 2025
# 11:24

Yanvarın 17-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə lentə alınmış “Narqız” animasiya, “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, hər üç film 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” və 2024-cü ildə keçirilən “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək” müsabiqəsində qalib gəlmiş ekran əsərləridir.

“Peri Film” MMC tərəfindən istehsal olunmuş “Narqız” filminin rejissoru tamaşaçıların “Tıq-tıq xanım” animasiya filmi ilə yaxşı tanıdığı Məsud Pənahidir.

“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunmuş “Erkən hisslər” qısametrajlı bədii filmi 2023-cü ilin sonunda keçirilmiş film müsabiqəsinin qalib işlərindəndir. Ekran işini gənc rejissor Nurlan Həsənli lentə alıb.

Kinotənqidçi, rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” qısametrajlı bədii filmi “Chinar Film” MMC tərəfindən istehsal olunub. Ekran əsəri 2024-cü ildə ARKA tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib.

Xatırladaq ki, ötən bir il ərzində Mədəniyyət Nazirliyi və ARKA tərəfindən 40-dan çox film layihəsinə maliyyə ayrılıb. Həmin filmlərin təqdimatı il ərzində davam edəcək.

# 2273 dəfə oxunub

Oxşar xəbərlər

"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Cudi Dençdən etiraf:  daha filmlərdə çəkilə bilməyəcək

Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

10:01 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər