Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
3 aprel 2024
# 09:01

Heydər Əliyev Sarayında Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan və Belarusun mədəniyyət nazirləri Adil Kərimli və Anatoli Markeviç, millət vəkilləri, hər iki ölkənin mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar Heydər Əliyev Sarayının foyesində təqdim edilən banner sərgisi, Belarus xalq sənətkarlığı nümunələri və ustad dərsləri ilə tanış olublar.

Azərbaycan və Belarusun Dövlət himnləri səsləndirilib.

Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olunub. Konsertdə Belarus Dövlət Akademik Rəqs Ansamblı, “Vitebsk – 2023” estrada mahnı müsabiqəsinin laureatı Samir Yolçuyev, Belarus Böyük Teatrının solistləri Darya Qorojanko, Əməkdar artist Viktoriya Aleşko və əfsanəvi “Pesnyarı” Dövlət Ansamblı çıxış edib. Belarus ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.

# 2430 dəfə oxunub

Oxşar xəbərlər

44 filminin yeni tizeri yayımlandı

44 filminin yeni tizeri yayımlandı

17:38 12 sentyabr 2026
Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

17:19 11 sentyabr 2026
Entoni Hopkinsin yeni layihəsi açıqlandı

Entoni Hopkinsin yeni layihəsi açıqlandı

15:30 11 sentyabr 2026
Xalq artisti Şeyx Əbdül:  "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

Xalq artisti Şeyx Əbdül: "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

12:40 11 sentyabr 2026
"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

11:30 11 sentyabr 2026
"Bunker" filmi ayaq üstə alqışlandı

"Bunker" filmi ayaq üstə alqışlandı

10:30 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər