Azərbaycan “Sarajevo Film Festival”ında təmsil olunacaq

Azərbaycan “Sarajevo Film Festival”ında  təmsil olunacaq
7 avqust 2024
# 10:09

Avqustun 16-dan 23-dək Sarayevoda keçiriləcək “Sarajevo Film Festival” (SFF) kinofestivalında Azərbaycan rejissor Azər Quliyevin “Sanki Yoxsan” filmi ilə təmsil olunacaq.

Kulis.az xəbər verir ki, film bundan əvvəl 77-ci Kann beynəlxalq qısametrajlı filmlər kinofestivalının müsabiqə proqramına daxil edilib.

Rejissorun həm də Nicat Muxtarovla birgə ssenari müəllifi olduğu 16 dəqiqəlik film festivalın qısametrajlı filmlər proqramına daxil edilib.

Filmdə baş rollarda Milana Həsənova, Oqtay Mehdiyev və Elşən Məmmədov çəkilib.

“Sanki Yoxsan” filmi avqustun 21-də və 23-də nümayiş olunacaq.

30-cu festivalda laureatlar populyar filmlərinin nümayişində iştirak edəcək, ən son quruluşlarını təqdim edəcək və ustad dərsləri keçəcəklər.

Meq Rayan açıq havada yerləşən 2 min nəfərlik kinoteatrda 1998-ci ildə çəkilmiş “Sizə məktub var” romantik komediyasının xüsusi nümayişini, həmçinin özünün də baş rolda oynadığı, ən son rejissorluq işi olan “Daha sonra nə baş verdi” filmini təqdim edəcək.

Təşkilatçılar əlavə ediblər ki, “Sarayevonun ürəyi” fəxri mükafatı fələstinli rejissor Eliya Süleymana da təqdim olunacaq.

SFF direktoru Yovan Maryanoviç deyib ki, belə kino sənayesi xadimlərini Sarayevoya gətirmək və onları region gəncləri ilə tanış etmək “böyük üstünlükdür”: “Bu, uzun müddət davam edən əlaqələrdir və biz insanların festivalın böyüməsinə və daha da inkişaf etməsinə imkan verərək, geri qayıtmasını görürük”.

Festival bosniyalı rejissor, “Oskar” mükafatı laureatı Danis Tanoviçin “Mənim gecikmiş yayım” filminin dünya premyerası ilə açılacaq.

SFF 1992-ci ildən 1995-ci ilə kimi Bosniya Müharibəsinin sonunda bir qrup kino həvəskarı tərəfindən yaradılıb və o vaxtdan bəri dünyanın hər yerindən kino sənayesi xadimlərinin dəstəyini qazanıb. Bu il festivalda 240 film nümayiş olunacaq. Cənub-Şərqi Avropa, Ukrayna və Cənubi Qafqazdan 54 film, o cümlədən 19 dünya premyerası dörd – bədii, qısametrajlı, sənədli və tələbə filmləri kateqoriyalarında “Sarayevonun ürəyi” mükafatı uğrunda mübarizə aparacaq.

# 2062 dəfə oxunub

Oxşar xəbərlər

“Ölümcül Miras”  sənədli filmi nümayiş olundu

“Ölümcül Miras” sənədli filmi nümayiş olundu

16:44 11 noyabr 2026
“Apple TV”də yeni dövr - Filmləri işarət dilində izləmək mümkün olacaq

“Apple TV”də yeni dövr - Filmləri işarət dilində izləmək mümkün olacaq

15:56 11 noyabr 2026
“Ramayana” Britaniyanı fəth etdi:  Hindistan filmi tarixdə ilk dəfə zirvəyə qalxdı

“Ramayana” Britaniyanı fəth etdi: Hindistan filmi tarixdə ilk dəfə zirvəyə qalxdı

14:27 11 noyabr 2026
Tarixi həqiqət, yoxsa Hollivud şablonları? - Amerika imperializminin pərdəarxası

Tarixi həqiqət, yoxsa Hollivud şablonları? - Amerika imperializminin pərdəarxası

10:00 10 noyabr 2026
Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər