Azərbaycan filmi Avropa film festivalında

Azərbaycan filmi Avropa film festivalında
20 fevral 2025
# 13:32

CBC Azərbaycan beynəlxalq teleşirkətinin “Azərbaycan ərazisində Türk damğaları” sənədli filmi Berlində keçirilən Almaniyanın ORION Beynəlxalq Film Festivalının finalçısı olub.

Kulis.az xəbər verir ki, sənədli film Azərbaycanın nadir mədəni irsinə-türk damğalarına, türk xalqlarının tarixində mühüm rol oynayan qədim tayfa kimlik əlamətlərinə həsr olunub. Ölkə boyu səpələnmiş bu rəmzlər əcdadlarımızın irsinin canlı sübutudur. Onlara karvansaralar, məqbərələr kimi tarixi tikililərdə, həmçinin qəbir daşlarında rast gəlinir.

Film CBC telekanalı tərəfindən ölkənin mədəni-tarixi sərvətlərinin tədqiqi və təbliği layihəsi olan “Naməlum Azərbaycan” silsiləsi çərçivəsində hazırlanaraq ərsəyə gəlib. Bu layihənin filmləri keçmişin, tarixin, mədəniyyətin və təbiətin az öyrənilmiş səhifələrini açır, tamaşaçılara Azərbaycan irsinə bənzərsiz baxışları təqdim edir.

“Naməlum Azərbaycan” layihəsinin müəllifi tarixçi və tədqiqatçı Vahid Şükürovdur.

Qeyd edək ki, ORION Beynəlxalq Film Festivalı hər il müstəqil kinorejissorları bir araya gətirir, onlara yaradıcı ifadə və mədəni dialoq üçün platforma təqdim edir. Festival geniş janrları əhatə edir və yeni istedadları kəşf etmək, onların məharətini, yaradıcılığını və bədii müxtəlifliyini qiymətləndirmək məqsədi daşıyır.

# 1844 dəfə oxunub

Oxşar xəbərlər

"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

11:30 11 sentyabr 2026
"Bunker" filmi ayaq üstə alqışlandı

"Bunker" filmi ayaq üstə alqışlandı

10:30 11 sentyabr 2026
Almodovarın yeni filmi təqdim olunacaq

Almodovarın yeni filmi təqdim olunacaq

15:20 10 sentyabr 2026
Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

15:00 10 sentyabr 2026
“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

14:24 10 sentyabr 2026
"Star Trek" pərəstişkarlarından tarixi Ginnes rekordu

"Star Trek" pərəstişkarlarından tarixi Ginnes rekordu

14:02 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər