Filmimiz beynəlxalq festivalda

Filmimiz beynəlxalq festivalda
2 sentyabr 2020
# 20:02

Rejissor Rəşid Ağamalıyevin “Züleyxa ilə dialoqlar” sənədli filmi CinéDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının “Special Screening” adlı bölməsində nümayiş olunacaq. 2013-cü ildə yaranan CinéDOC-Tbilisi Qafqazın ən böyük sənədli film festivalı sayılır.

2019-cu ildə çəkilən “Züleyxa ilə dialoqlar” qısametrajlı sənədli filmi azərbaycanlı peşəkar pianoçu və şəfaçı Züleyxa Abdullayeva haqqındadır. Onun xəstəsi olmuş gənc rejissor Rəşid Ağamalıyev tamaşaçıları musiqi terapiyası sənətinə səmimi bir səyahətə dəvət edir.

Praqada yerləşən İncəsənət Akademiyasının Kino və televiziya fakültəsinin dəstəyi ilə çəkilən film Azərbaycan, türk və ingilis dillərindədir.

Filmin rejissor və prodüseri Rəşid Ağamalıyev, operatorları Nina Şçamborova (Slovakiya), Raaşi Metkari (Hindistan), montajçı Xorxe Sançes (İspaniya), səs operatorları Berk Tuğçu (Türkiyə), Yuras Karaka (Belarus), rəng üzrə mütəxəssis Yan Vlnas (Çexiya), qrafik dizayneri Nəzrin Ağamalıyeva (Azərbaycan), layihə koordinatoru Durna Səfərovadır (Azərbaycan). Filmin çəkilişlərində Züleyxa Abdullayeva (Türkiyə), Vidhi Mehrota (Hindistan), Rəşid Ağamalıyev (Azərbaycan) iştirak ediblər.

Qeyd edək ki, 2020-ci ilin yanvarın 15-də YARAT Müasir İncəsənət Mərkəzində “Züleyxa ilə dialoqlar” sənədli filminin premyerası keçirilib. /azertag.az/

# 3731 dəfə oxunub

Oxşar xəbərlər

“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri

10:07 6 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər