8-ci ANİMAFİLM - Beynəlxalq Animasiya Festivalı

8-ci ANİMAFİLM - Beynəlxalq Animasiya Festivalı
10 may 2025
# 11:00

3-7 sentyabr 2025-ci il tarixlərində Bakıda Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Animasiya peşəkarları, həvəskarlar və studiyalar festivalın müsabiqə proqramında iştirak etməyə dəvət olunur.

Kulis.az xəbər verir ki, festivala təqdim olunacaq animasiya filmləri onlayn FilmFreeway platforması vasitəsilə qəbul edilir.

Filmlər aşağıdakı şərtlərə uyğun olmalıdır:

– Filmlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunur.

– Filmlər 2024-ci il yanvarın 1-dən sonra çəkilməlidir.

– Filmin 50%-dən çoxu animasiya olmalıdır.

– Filmdə istifadə edilən animasiya texnikaları və mövzularına məhdudiyyət qoyulmur.

– Müraciətlər üçün son tarix 15 iyun 2025-ci ildir.

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədi ilə keçirilən regional animasiya festivalları artıq ənənəyə çevrilib. 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə isə “ANİMAFİLM Gəncədə” festivalları keçirilib.

2024-cü ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.


# 2044 dəfə oxunub

Oxşar xəbərlər

"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Cudi Dençdən etiraf:  daha filmlərdə çəkilə bilməyəcək

Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

10:01 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər