57-ci Türk Kino Mükafatının qalibləri açıqlandı

57-ci Türk Kino Mükafatının qalibləri açıqlandı
11 mart 2025
# 09:40

Kino Yazarları Dərnəyinin (SİYAD) təşkil etdiyi 57-ci Türk Kino Mükafatının qalibləri açıqlanıb.

Kulis.az xəbər verir ki, "İstanbul Modern"də təşkil edilən mərasimdə uzunmetrajlı sənədli film, qısametrajlı sənədli film, qısametrajlı bədii film, “Ciovanni Scognamillo Fantastik Film Mükafatı” və “Ahmet Uluçay Ümid Mükafatı” kateqoriyalarında mükafatlar verilib.

Bu il ötən ilin dekabrında dünyasını dəyişən rejissor və ssenarist Şerif Gören və türk kinosunun görkəmli aktrisalarından Hale Soyqazi "Fəxri mükafat"a layiq görülüblər.

“Əmək mükafatı” rejissor Muzaffer Hiçdurmaz və prodüser Nida Karabola təqdim edilib.

“Hemmenin öldüyü günlərdən biri” filmi Murat Fıratoğluna “Ən yaxşı film”, “Ən yaxşı rejissor” və “Ən yaxşı ssenari” mükafatlarını qazandırıb.

"Cahide Sonku ən yaxşı aktrisa" mükafatını "Tale" filmindəki roluna görə Nur Sürer, "Ən yaxşı aktyor" mükafatını "Böyük mühasirə" filmindəki roluna görə Alp Öyken, "Ən yaxşı operator işi" mükafatını "Böyük mühasirə" filminə görə Florent Herri, “Ən yaxşı rejissor” mükafatını isə “Böyük mühasirə” filminə görə Natali Yeres qazanıb.

Bu il "Giovanni Skoqnamillo Fantastik Film Mükafatı"a "Cənazə", "Ahmet Uluçay Ümid Mükafatı"a isə "Dilan haqqında danışmalıyıq" filmləri layiq görülüb.

# 1955 dəfə oxunub

Oxşar xəbərlər

Harri Staylsın turu əsasında film çəkiləcək

Harri Staylsın turu əsasında film çəkiləcək

15:20 19 oktyabr 2026
Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

14:40 19 oktyabr 2026
“44” bədii filminin “Sevginin sınağı" adlı tizeri yayımlandı

“44” bədii filminin “Sevginin sınağı" adlı tizeri yayımlandı

14:24 19 oktyabr 2026
London Film Festivalı  Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

London Film Festivalı Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

11:20 19 oktyabr 2026
Elizabet Holms  haqqında sənədli film kinoteatrlarda gözlənilməz uğur qazandı

Elizabet Holms haqqında sənədli film kinoteatrlarda gözlənilməz uğur qazandı

11:00 19 oktyabr 2026
"Ögey ana"nın İsmayılı necə əsir düşdü? – Müstəqillik dövrünün 5 möhtəşəm Qarabağ filmi

"Ögey ana"nın İsmayılı necə əsir düşdü? – Müstəqillik dövrünün 5 möhtəşəm Qarabağ filmi

13:00 18 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər