Türk rejissor deputat oldu

Türk rejissor deputat oldu
13 iyun 2011
# 16:46
Türkiyədə dünən keçirilən seçkilərdə bir çox məşhurlar parlamentdə yer aldı.

Yeni deputatlardan biri də Barış və Demokratiya Partiyasının dəstəklədiyi müstəqil namizəd rejissor və aktyor Sırrı Süreyya Öndər oldu.

“Beynəlmiləl” filminin rejissoru Sırra Süreyya Öndər seçkilərin nəticələri açıqlanan-açıqlanmaz BDP-nin binası önünə gəlib.
Seçiciləri ilə görüşən Sırrı Süreyya: “İnqilabçılar belə bir həmrəylik göstərəndə xalq da bunu dəstəklədi, qəlbini açdı. Bunun qiymətini bilmək də bizim borcumuzdur. Biz “barış istəyirik” dedik. Biz “bizim və sizin azadlıqlarınızı yedirtmərik, bunu istəyirik” dedik. Biz dedik ki, “övladlarımızı sizin bu çirkin müharibələrinizdə öldürtməyəcəyik. Nə türkün, nə kürdün anası, heç kimin anasını ağlatmayacağıq”.
Sırrı Süreyya Öndər rejissoru olduğu “Beynəlmiləl” filminə görə dəfələrlə beynəlxalq və yerli müsabiqələrin sahibi olub. “O... çocukları” filminin ssenarisini yazıb. “Sis və gecə”, “Beynəlmiləl” filmlərində aktyor kimi çıxış edib.

Günel Əsgərzadə
# 1879 dəfə oxunub

Oxşar xəbərlər

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

16:57 15 may 2026
"Oskar"lı ulduzdan böyük layihə

"Oskar"lı ulduzdan böyük layihə

14:17 15 may 2026
Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

13:53 15 may 2026
Uill Smit "Oskar" qalmaqalından sonra  ekranlara qayıdır

Uill Smit "Oskar" qalmaqalından sonra ekranlara qayıdır

13:15 15 may 2026
“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

11:03 15 may 2026
“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

11:45 14 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər