Salman Rüşdinin romanına film çəkilir - ANONS

Salman Rüşdinin romanına film çəkilir - ANONS
26 may 2011
# 11:25
Şri-Lankada Salman Rüşdinin “Gecəyarısı uşaqları” (\"Midnight’s Children\") romanının ekranlaşdırılması başa çatıb.

Kulis.az-ın BBC News-ə istinadən verdiyi xəbərə görə filmin rejissoru hind əsilli kanada kinematoqrafçısı Dipa Mehtadır.

Layihə haqda hələ 2008-ci ildə məlumat verilmişdi. Bütün aktyorlar və çəkiliş qrupu flmlə bağlı hər hansı informasiya verməyəcəkləri barədə müqavilə imzalamışdılar. Bununla da yaradıcı heyət dini qruplar tərəfindən gözlənilən hər hansı protestdən qaçmaq istəyiblər.

“Dəyişikliyin küləyi” adlanacaq film 2012-ci ildə prokata çıxacaq.

Rüşdinin romanı 1981-ci ildə çap olunub. Romanın qəhrəmanı, özündə telepatik bacarıq olduğunu kəşf edən Salem Sinay anlayır ki, onunla eyni gündə dünyaya gələn bütün hinduların qeyri-adi bacarıqları var.

“Buker” mükafatına layiq görülən ”Gecəyarısı uşaqları” romanı əsasında BBC Şri-Lankada 5 seriyalı film çəkmək istəsə də, adada yaşayan müsəlmanların etirazı səbəbindən layihə baş tutmayıb.

Rəna Nevzat
# 1738 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa filmlərə çəkilməməyinin səbəbini açıqladı

Məşhur aktrisa filmlərə çəkilməməyinin səbəbini açıqladı

15:00 6 iyun 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:37 6 iyun 2026
Keyt Uinslet 14 yaşlı pərəstişkarı ilə əlaqə saxladı

Keyt Uinslet 14 yaşlı pərəstişkarı ilə əlaqə saxladı

17:30 5 iyun 2026
"2 Aile Arasında"  filminin nümayiş tarixi açıqlandı

"2 Aile Arasında" filminin nümayiş tarixi açıqlandı

12:00 5 iyun 2026
"Matrix"in ulduzu "Harri Potter" serialında

"Matrix"in ulduzu "Harri Potter" serialında

10:30 5 iyun 2026
Tanınmış rejissor bu filmini nümayişdən çıxardı - Səbəb

Tanınmış rejissor bu filmini nümayişdən çıxardı - Səbəb

15:40 4 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər