Fəxri adlar “Muzkomediya”nı qarışdırdı - QALMAQAL

Fəxri adlar “Muzkomediya”nı qarışdırdı - QALMAQAL
24 may 2011
# 12:19
12 ilə yaxındır Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışan, həmin teatrın səhnəsində bir çox obrazlar canlandıran, eləcə də beynəlxalq festivallarda teatrı uğurla təmsil edən Fərid Əliyev teatrdan işdən çıxıb.

Buna səbəb bu yaxınlarda Azərbaycanın incəsənət xadimlərinin görüldüyü xüsusi mükafatda Fərid Əliyev də daxil olmaqla, Musiqili Komediya Teatrı gənclərinin adının yer almamasıdır. Həmin mükafata layiq görülənlər siyahısında Musiqi Komediya Teatrından - Afaq Bəşirqızı, İlham Namiq Kamal, Yusif Əkbərov, Məryəm Əlizadə, Xanım Qafarova, Bəhram Osmanov, Əsgər Əsgərovun adı var. Sözügedən mükafatda istedadlı gənclərin adının olmaması isə onlarda narazılıq yaradıb və bu səbəbdən də teatrdan uzaqlaşmaq qərarına gəliblər. Əldə etdiyimiz məlumata görə, qeyd olunan səbəbdən Musiqili Komediya Teatrından daha bir neçə gəncin işdən çıxması gözlənilir.

Musiqili Komediya Teatrından işdən çıxma faktını təsdiqləyən tenor, mayın 12-də bununla bağlı ərizə yazdığını açıqlayıb. Teatrdan uzaqlaşmasına gəlincə F.Əliyev bunu vaxt azlığı ilə əlaqələndirib: “Mənim əsas iş yerim Azərbaycan Dövlət Akadmeik Opera və Balet Tetarı sayılır. Əmək kitabçam həmişə Opera və Balet Teatrında olub. Musiqili Komediya Teatrında 12 il müddətində həmişə müqavilə əsasında işləmişəm. Bu ayın 12-də işdən çıxmağımla bağlı ərizəmi yazmışam, nə vaxt imza atıblar, bundan xəbərim yoxdur”. F. Əliyev onu da deyib ki, iyunun 13-də o, Musiqili Komediya Teatrında sonuncu dəfə “Xanuma” tamaşasında oynayacaq və bununla da teatrda işini bitirəcək.

Opera və Balet Teatrında isə işini davam etdirəcəyini vurğulayan F. Əliyev, Motsartın “Sehrli fleyta” operasında Famina partiyasını hazırlayır. Bu tamaşanın premyerası isə sentyabr ayına planlaşdırılır.

Fərid Əliyev Musiqili Komediya Teatrında həm rus, həm də Azərbaycan bölmələrində səhnələşdirilən “Şən dul qadın” (F.Leqar), “Maritsa” (İ.Kalman), “Silva” (İ.Kalman), “Çılğın qaskoniyalı” (Q.Qarayev), “Talelər qovuşanda” (R.Hacıyev, F.Zöhrabov), “Volqalı canan” (R.Mustafayev, C.Məmmədov), “Aldın payını, çağır dayını” (V.Adıgözəlov, Anar), “O olmasın, bu olsun”, “Arşın mal alan” (Ü.Hacıbəyli) kimi tamaşalarda əsas partiyaları ifa edərək yaddaqalan obrazlar yaradıb.

Musiqili Komediya Teatrından isə Fərid Əliyevin işdən çıxmasının səbəblərini bilmədiklərini deyiblər.

APA
# 1706 dəfə oxunub

Oxşar xəbərlər

"Organize işler"  filmi əsasında serial çəkiləcək

"Organize işler" filmi əsasında serial çəkiləcək

10:20 9 sentyabr 2025
“Tərsinə kölgələr”  Kazan Beynəlxalq Film Festivalında

“Tərsinə kölgələr” Kazan Beynəlxalq Film Festivalında

18:00 8 sentyabr 2025
Yeni filmi üçün saçlarını kəsdirdi

Yeni filmi üçün saçlarını kəsdirdi

10:30 6 sentyabr 2025
"Şarlotta"nın  çəkilişləri yekunlaşdı

"Şarlotta"nın çəkilişləri yekunlaşdı

17:13 5 sentyabr 2025
“Tağıyev: Neft”  filmi “Oskar” mükafatına namizəd təqdim edildi

“Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edildi

15:00 4 sentyabr 2025
Beynəlxalq Film Fondu  layihələrin qəbulunu elan etdi

Beynəlxalq Film Fondu layihələrin qəbulunu elan etdi

13:00 4 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər