Kann Film Festivalının qalibləri açıqlandı! - SİYAHI FOTOSESSİYA

Kann Film Festivalının qalibləri açıqlandı! - SİYAHI FOTOSESSİYA
23 may 2011
# 09:57
64-cü Kann Film Festivalının mayın 22-i qalibləri açıqlandı. On gün davam edən kinofestivalın qalibləri arasında türk rejissor Nuri Bilge Ceylan da yer alıb.

Kann Festivalının əsas mükafatı sayılan “Qızıl Palma” bu il “Ömür ağacı” filminə verilib. Rejissoru Terrens Malik olan filmdə baş rolları Bred Pitt və Şon Penn canlandırıb.
“Ömür ağacı” filmi qəddar ata və evin böyük oğlu arasındakı münasibətləri əhatə edir. Qəddar ata oğlunun bütün həyatını idarə etməyə çalışır. Texas ətrafında bütün ömrünü basqı altında yaşayan Cek müasir dünyada qarşında aciz qalır və indi onu bir neçə sual maraqlandırır: Həyat nədir? Mənası nədədir? İnam varmı?

Digər böyük mükafat sayılan “Böyük Jüri” mükafatı Nuri Bilge Ceylanın olub. Ceylan kinofestivala “Bir zamanlan Anadoluda” filmi ilə qatılıb.

“Mükafat almağı gözləmirdim. Film uzun və ağır idi. Düşündüm ki, sizin üçün çox yorucu olacaq” deyə Ceylan bildirib.

Filmin müddətinin 157 dəqiqə olması tənqid olunsa da, çox bəyənilib. “Bir zamanlar Anadoluda” filmi kənd həkiminin cinayət işini aparan hakimin 12 saatlıq hekayəsindən bəhs edir. On bir həftə sürən çəkilişlər Türkiyənin kiçik kəndlərindən birində baş tutub. Filmdə baş rolları Yılmaz Ərdoğan, Taner Birsəl, Məhəmməd Uzunər oynayıb.

“Böyük Jüri” mükafatının digər qalibi isə “Velosipedli uşaq” filmi ilə Şon-Pyer Dardenn olub.

Filmdə 12 yaşlı Sirilin bir arzusu var: onu uşaq evinə atmış atasını tapmaq. O, təsadüfən Samanta ilə tanış olur. Samanta istirahət günləri onu uşaq evindən götürməyə başlayır. Ancaq Sirilin məqsədi Samantanın sevgisini görməyə imkan vermir...

“Ən yaxşı rejissor” nominasiyasında danimarkalı rejissor Nikolas Uindinq Refn qalib oldu. Refn bu il festivala bir kaskadyorun həyatından bəhs edən “Sür” filmi ilə qatılmışdı.

“Ən yaxşı ssenari” mükafatı yəhudi rejissor Jozef Sezarın “Qeyd” filminə görə verilib. Filmdə rəqib olan ata və oğulun hekayəsi nəql olunur.

“Ən yaxşı aktrisa” mükafatı isə “Hörümçək adam” filmindən tanınan Kristian Dansta verilib. Danst Lars Von Triyerin “Melanxoliya” filmində baş rolu ifa edib.

“Ən yaxşı aktyor” mükafatına isə Jan Dyujarden “Aktyor” filmindəki ifasına görə layiq görülüb.

“Jüri mükafatı”na fransız rejissor Mayvenin “Polis” filmi sahib olub. Filmdə polislərdən gün ərzində gördükləri müxtəlif cinayətlərin onların həyatlarına təsirini, qoyduğu izləri öyrənməyə çalışan fotoreportyor Melissadan bəhs olunur.
Qısametrajlı filmlər kateqoriyasında “Qızıl Palma Budağı” bu il Marina Vrodanın “Keçid” filminə verilib.

Bu kateqoriyada “Jüri mükafatı” Uannes Destupun “Badrakje 46” filminə verilib.

İranlı rejissor Məhəmməd Rəsulov isə “Xüsusi baxış” proqramı çərçivəsində “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Rəsulov digər həmkarı Cəfər Pənahi ilə ölkəsində həbsdə olduğu üçün mükafatı almağa gələ bilməyib. Rejissorun “Əlvida” filmi İrandan çıxmaq üçün viza almağa çalışan Tehranlı hüquqşünasın həyatından bəhs edir.

Kinofestivalın “Qızıl Kamera” mükafatı isə Pablo Giorgeliyə 85 dəqiqəlik “Las acacias” filminə görə verilib.

Festivalın son gecəsini jüri heyətinin rəhbəri Robert De Niro bu sözlərlə bitirib: “Düşünürəm ki, biz əlimizdən gələni etdik. Yaxşı filmlər arasında seçim etmək çox çətin idi”.


Günel ƏSGƏRZADƏ
# 1174 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissor İrandan qaçdı

Məşhur rejissor İrandan qaçdı

19:19 14 may 2024
Kann festivalına seçilən filmimizin posteri yayımlanıb

Kann festivalına seçilən filmimizin posteri yayımlanıb

16:44 13 may 2024
“Azərbaycanfilm” Qazaxıstanın və ya Belarusun olsaydı…

“Azərbaycanfilm” Qazaxıstanın və ya Belarusun olsaydı…

12:00 13 may 2024
Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

13:25 10 may 2024
Qonorarlarla bağlı qərar ləğv olunacaqmı? - ARKA

Qonorarlarla bağlı qərar ləğv olunacaqmı? - ARKA

09:27 6 may 2024
İsveçli rejissor Naxçıvanda film çəkəcək

İsveçli rejissor Naxçıvanda film çəkəcək

14:00 3 may 2024
# # #