Vampir sevgisi film olacaq - ANONS
Amerika müəllif kinosunun parlaq nümayəndələrindəb biri Cim Carmuş yeni layihəsi haqda məlumat verib. Collider saytının sözlərinə görə, yeni film vampir sevgisinin gizli tarixçəsindən bəhs edəcək.
Süjetin detalları haqda məlumat verilmir. Filmin çəkilişləri 2012-ci ildə Mərakeşin Tancer və Amerikanın Detroyt şəhərlərində baş tutacaq.
Filmdə baş rolları Tilda Suinton, Maykl Fassbinder və Mia Vasikovska oynayacaq.
Carmuşun sonuncu filmi 2008-ci ildə ekranlara çıxan, tənha səyyahın hekayəsini anladan “Nəzarətin həddi” trilleri olub.
Bir neçə dəfə Kann festivalının mükafatçısı olmuş Carmuş “Sonsuz məzuniyyət”, “Sirli qatar”, “Kofe və siqaretlər”, “Qırılmış çiçəklər” filmlərinin müəllifidir.
Rəna NEVZAT

Oxşar xəbərlər
Ağrıdan qurtulmaq mümkündürmü? – “Kədər tərbiyəçiləri” niyə təsəlli vəd etmir?
12:00
20 noyabr 2026
Pattinsonun Ceyms Bond seçilməsində Ceff Bezosun da rolu olub
11:12
20 noyabr 2026
Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi
14:26
18 noyabr 2026
Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət
12:47
18 noyabr 2026
FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də
12:14
17 noyabr 2026
Yeni Ceyms Bond bəlli oldu - 007 roluna gözlənilməz aktyor
10:14
17 noyabr 2026