Jurnalistlər “Dolu”ya baxdılar

Jurnalistlər “Dolu”ya baxdılar
6 sentyabr 2012
# 17:07
Nizamı adına Kino Mərkəzində yazıçı Aqil Abbasın “Dolu” romanı əsasında çəkilən eyniadlı filmin təqdimatı olub. Qarabağ savaşına həsr olunmuş filmin təqdimatında tanınmış kino və mədəniyyət xadimləri iştirakı ilə yanaşı Milli Qəhrəman İbad Hüseynov da iştirak edib.

1 saat 30 dəqiqəlik filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, quruluşçu operator Nazim Mehdiyev, filmdə səslənən mahnının bəstəkarı Polad Bülbüloğludur. Baş rolda oynayan aktyorlar sırasında Rza Rzayev, Şamil Süleymanov, Fərhad İsrafilov, Fuad Poladovdur.

Filmdə coğrafi məkan kimi Şəmkir, Ağdam, İsmayıllı, Ağcabədi, Sumqayıt göstərilib.

Təqdimatdan sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib. Konfransda Aqil Abbas deyib ki, filmdə rejissor onun istədiyindən, gözlədiyindən də artığını verib:

“Bu filmdə mənim siyasi məqsədim yoxdur. Başqa məqsədim olsaydı filmə siyasi adlar salardım. Film çox yaxşı alınıb”.

Yazıçı hazırda “Dolu” romanının həm türk, həm də rus dilinə tərcümə olunduğun da qeyd edib.

# 1924 dəfə oxunub

Oxşar xəbərlər

"Betmen 2"nin yayım tarixi açıqlandı

"Betmen 2"nin yayım tarixi açıqlandı

12:45 18 mart 2026
Emir Kusturitsa:  "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

Emir Kusturitsa: "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

13:00 17 mart 2026
Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

17:16 16 mart 2026
"Hamnet" filmindəki İngiltərə

"Hamnet" filmindəki İngiltərə

14:30 16 mart 2026
Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

10:13 16 mart 2026
Frida Kalonun həyatı əsasında serial çəkiləcək

Frida Kalonun həyatı əsasında serial çəkiləcək

10:10 14 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər