Rejissor Terrens Malik yeni filminin çəkilişlərinə başlayıb

Rejissor Terrens Malik yeni filminin çəkilişlərinə başlayıb
19 sentyabr 2011
# 16:08
Amerikalı rejissor Terrens Malik Ostində (Texas) yeni filminin çəkilişlərinə başlayıb.

“Austin City Limits” musiqi festivalına qatılan filmin heyəti Bright Eyes, Pretty Lights və Coldplay qruplarının çıxışları vaxtı çəkilişlər aparıb.

Filmdə aktyor Kristen Beylin də rol alması avqust ayından məlum olsa da, filmin adı və hazır olacağı vaxt hələ də açıqlanmayıb.

Amerikalı rejissorun hazırda iki film üzərində işlədiyi deyilir. İkinci film “The Burial” adlanır və gələn il tamaşaçı qarşısına çıxacağı ehtimal olunur.

Terrens Malik 40 illik kino-karyerası ərzində dörd uzunmetrajlı film çəkib. Bunlardan ən son çəkilən “Həyat ağacı” filmi bu ilki Kann Film Festivalının əsas mükafatını qazanıb.


Günel Əsgərzadə
# 1594 dəfə oxunub

Oxşar xəbərlər

"Betmen 2"nin yayım tarixi açıqlandı

"Betmen 2"nin yayım tarixi açıqlandı

12:45 18 mart 2026
Emir Kusturitsa:  "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

Emir Kusturitsa: "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

13:00 17 mart 2026
Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

17:16 16 mart 2026
"Hamnet" filmindəki İngiltərə

"Hamnet" filmindəki İngiltərə

14:30 16 mart 2026
Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

10:13 16 mart 2026
Frida Kalonun həyatı əsasında serial çəkiləcək

Frida Kalonun həyatı əsasında serial çəkiləcək

10:10 14 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər