Fatih Akın kitab yazdı

Fatih Akın  kitab yazdı
12 sentyabr 2011
# 12:13
Tanınmış rejissor həyatı, filmləri və boks macəralarından bəhs edən kitab yazıb

Türk əsilli alman rejissor Fatih Akın həyatı, filmləri və boks macəralarından bəhs edən “Filmlərin tarixçəsi” adlı kitab yazıb.

Bu həftə yayımlanacaq kitabdan bir hissə artıq “Hamburger Abendblatt” qəzetində çap olunub.

Kitabda uşaqlıq xatirələrini yada salan Akın arada evdə döyüldüyünü və alman dilini küçədə oynayarkən öyrəndiyini yazıb.

Evlərində həmişə türk dilində danışıldığını yazan rejissor məktəb xatirələrindən də həvəslə danışıb: “Anam ev tapşırıqlarımızı həmişə yoxlayırdı. Məktəbdə heç də yaxşı şagird deyildim. Sinifdə dostlarımla çox danışırdım”.

“Dostlarım tətildə olan vaxt mən səhər saat 6-da fabrikdə olmaq məcburiyyətində idim. Yenə də atama təşəkkür edirəm. Aldığım intizam və qazandığım etibar bu günkü işlərimdə də mənə yol göstərməkdədir”, -deyə rejissor 12 yaşından pul qazanmağa başladığını da vurğulayıb.

Bundan başqa, 38 yaşlı Akın məktəbi bitirənəcən Türkiyəni ancaq istirahət yeri zənn etdiyi və ölkəni “Getürkt” qısa filmi ilə kəşf etdiyini yazıb. “Nyu-York, mən səni sevirəm!” filminin çəkilişlərində iştirak rejissor tez-tez Amerikadan film çəkmə təklifləri aldığından da bəhs edib.

Fatih Akın “Divara qarşı” filmi ilə Berlin Film Festivalının əsas mükafatı “Qızıl Ayı”, “Yaşamın kıyısında” filmi ilə isə Kann Film Festivalında “Ən yaxşı ssenari” mükafatına layiq görülüb.

Günel Əsgərzadə
# 2175 dəfə oxunub

Oxşar xəbərlər

Fələstin haqqında film  tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

Fələstin haqqında film tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

13:30 13 oktyabr 2026
İlon Mask  haqqında sənədli film ətrafında qalmaqal

İlon Mask haqqında sənədli film ətrafında qalmaqal

12:30 13 oktyabr 2026
Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

11:01 13 oktyabr 2026
Özge Gürel:  "Bu işə başlayarkən çox qorxurdum"

Özge Gürel: "Bu işə başlayarkən çox qorxurdum"

10:26 13 oktyabr 2026
Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

10:09 13 oktyabr 2026
"Uşaqlara qarşı ən qorxunc günah..." –  Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

"Uşaqlara qarşı ən qorxunc günah..." – Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

14:07 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər