Musiqili Komediya Teatrından xəbərlər var

Musiqili Komediya Teatrından xəbərlər var
9 sentyabr 2011
# 15:25
Bu il 18 sentyabr - Milli Musiqi Günü münasibəti ilə Xaçmaz şəhərində musiqi bayramı keçiriləcək. Kulis. Az-ın məlumatına görə tədbirdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi iştirak edəcək. Həmin gün Xaçmaz şəhərinin mərkəzindəki unikal «Şəxsiyyətlər muzeyi»ndə vaxtilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmış sevimli gülüş ustaları – xalq artistləri Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev və Hacıbaba Bağırovun abidələri ziyarət olunacaq. Axşam isə teatrın tanınmış aktyorlarının ifasında dahi Üzeyir Hacıbəylinin «Ər və arvad» tamaşası nümayiş olunacaq.

Teatrın kollektivi, həmçinin, sentyabr ayının 19-da Şabran şəhərində Mədəniyyət və Turizm Nazirliyinin yenicə təmir etdirdiyi Mədəniyyət evində «Ər və arvad» tamaşası ilə çıxış etməyi planlaşdırır. Tamaşadakı əsas rollarda xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artist Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Ema Məlikova, Gülcahan Salamova, Əlimməməd Novruzov çıxış edəcəklər. Azərbaycanın ilk operettası kimi tarixdə əbədiləşən və 100 yaşını artıq qeyd edən «Ər və arvad»ın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəssamı əməkdar rəssam Eldar Qurbanov, baletmeystrləri Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Vaqif Məstanov, konsertmeysteri isə Nərminə Əbdürəhmanovadır.

Yeri gəlmişkən, oktyabr ayının 20-dən 27-dək Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində «Amerikada Azərbaycan teatr bayramı» adı altında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş tədbir keçiriləcəkdir. Tədbirdə iştirak etmək məqsədi ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı heyəti oktyabr ayının 20-dən 27-dək Nyu-York şəhərinə səfər edəcək. Bu, 138 illik teatr tarixində Azərbaycan teatrının okeanın o tayına - Amerikaya ilk səfəridir. Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevin rəhbərlik etdiyi yaradıcı heyətə tanınmış səhnə ustaları – xalq artistləri Afaq Bəşirqızı, Hüseynsəfa Mirzəhəsənov, solist-vokalist Nərgiz Kərimova, aktyor Əlimməməd Novruzov və başqaları daxildir. Festival çərçivəsində keçirilən görüşlərdə sənətçilərin ifasında komediyalardan parçalar nümayiş olunacaqdır. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Nyu-York Assosiasiyasıdır.


Ramilə QURBANLI
# 1486 dəfə oxunub

Oxşar xəbərlər

Hamamda qətl - O, anasının meyitini niyə saxlayırdı?

Hamamda qətl - O, anasının meyitini niyə saxlayırdı?

13:10 29 aprel 2025
4 qardaşını vaxtsız itirən, Türkan Şorayı filmə çəkən Xalq artistimiz

4 qardaşını vaxtsız itirən, Türkan Şorayı filmə çəkən Xalq artistimiz

09:50 29 aprel 2025
Məşhur komediya ustası Peker Açıkalın xəstəxanaya yerləşdirildi

Məşhur komediya ustası Peker Açıkalın xəstəxanaya yerləşdirildi

18:37 28 aprel 2025
Azərbaycan kinematoqrafçıları hökumətə müraciət etdilər

Azərbaycan kinematoqrafçıları hökumətə müraciət etdilər

09:47 28 aprel 2025
Yasaq sevgi hekayəsi - Yeni serial

Yasaq sevgi hekayəsi - Yeni serial

18:48 24 aprel 2025
700 layihə arasından seçilmiş - "Kür"

700 layihə arasından seçilmiş - "Kür"

12:40 24 aprel 2025
# # #