Tom Henks filmini bəyənməyənlərin pulunu qaytarır

Tom Henks filmini bəyənməyənlərin pulunu qaytarır
18 avqust 2011
# 14:37
Tom Henks filmini bəyənməyən cütlüyə kinoteatr biletinin pulunu geri qaytarıb.

Tanınmış amerikan aktyor Tom Henks baş rolunu Culia Robertslə paylaşdığı “Larri Kraun” filmini bəyənməyən cütlüyə kinoteatr biletlərinin pulunu geri verib.

Los Ancelesdəki yanacaqdoldurma məntəqəsində aktyora yaxınlaşan bir cütlük filmi bəyənmədiklərini deyiblər. İfadələrinin sərt olduğunu sezən cütlük: “Gözləntimiz çox böyük idi. Ona görə çox təəssüfləndik yəqin”, - deyə vəziyyəti düzəltməyə çalışıblar.
“Böyük”, “Kod da Vinci” kimi filmlərdə oynayan Tom Henks cütlükdən üzr istəyib və cibindən 25 dollar çıxararaq kinoteatr biletinin pulunu geri qaytarıb.

“Larri Kraun” filmi bu ilin iyul ayından kinoteatrlarda göstərilməyə başlayıb. Henks filmin baş rol ifaçısı olmaqla bərabər, həm də ssenaristi və rejissordur. 30 milyon dollar büdcə ilə çəkilən film indiyədək 52,4 milyon dollar gəlir gətirib.


Günel ƏSGƏRZADƏ
# 1370 dəfə oxunub

Oxşar xəbərlər

Endi Vorholun yeni filmləri üzə çıxdı

Endi Vorholun yeni filmləri üzə çıxdı

12:16 30 yanvar 2026
Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq

Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq

11:39 30 yanvar 2026
“Ssenaridə aktlar və keçidlər”  adlı təlim keçirildi

“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirildi

17:00 26 yanvar 2026
2025-ci ilin ən yaxşı 10 serialı - Siyahı

2025-ci ilin ən yaxşı 10 serialı - Siyahı

14:56 26 yanvar 2026
"Oskar" tarixində yeni rekord

"Oskar" tarixində yeni rekord

15:54 23 yanvar 2026
"Oskar"a namizədlər açıqlandı - Siyahı

"Oskar"a namizədlər açıqlandı - Siyahı

10:05 23 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər