Öpüşmək qadağan olmadan öncə - Güneydən şeirlər

Öpüşmək qadağan olmadan öncə - Güneydən şeirlər
18 mart 2023
# 16:00

Kulis.az "Sözün Güneyi" layihəsindən təbrizli şair Xosrov Barışanın şeirlərini təqdim edir.

Xosrov Barışan 29 yanvar 1983-cü ildə Təbriz şəhərində anadan olub. Orta məktəbi və liseyi doğulduğu şəhərdə bitirdikdən sonra Şəbüstər Universitetinin Dampərvəri (heyvandarlıq üzrə mütəxəssis) fakültəsində təhsil alıb. İlk şeirlərini orta məktəbdə oxuyarkən yazıb. Universitetə girdikdən sonra Şəbüstər şəhərinin Şeyx Mahmıd Şəbüstərli adına yaradıcılıq dərnəyinin fəal üzvü olur. Eyni zamanda, “Aşina” adlı ədəbiyyat dərgisinin baş yazarı kimi fəaliyyət göstərir. “Yağış saniyəsi” adlı ilk şeirlər kitabı da burada çap olunur. O, təkcə şeirləri ilə deyil, həmçinin maraqlı hekayələri və tərcümələrlə də müntəzəm olaraq İran mətbuatında çıxış edir.
Bir sıra ədəbi mükafatlara layiq görülən Xosrov Barışan “Yaşar qələm Təbriz” adlı yayın evinin qurucusudur.
“Yağış saniyəsi”, “Mən sənə məcburam”, “Dünyamız danışanda”, “Dovşan”, “Gözəl quşum” və digər bir neçə kitabın müəllifidir.


Virus beyinlər

Virus düşüncələr
Çirkin beyinlərdə törənir.
Mən isə,
qorxduğum şəkk etdiyimdən deyil,
Şəkk etmədiyimdəndir,
Bu umud ölümcül nəfəslaqda.
Və yalnız
Bir nisgilim vardır;
öpə bilmədim səni
öpüşmək qadağan olmadan öncə.

Fosil düşüncələr
çirkin beyinlərdə göyərir.
Mən isə,
qorxduğum şəkk etdiyimdən deyil,
Şəkk etmədiyimdəndir,
Bu umud ölümcül həvəslaqda.
Və yalnız tələsməkdəyəm
Zaman keçir;
alkollayıb şəklini
Öpürəm...
Öpürəm...
Öpürəm...
şəkil qadağan olmadan öncə.

Ömür

Çeşid-çeşid
doğuldum baxışında,
yaşadım gözlərində.
Sadəcə
qocaldım baxışımda,
öldüm gözlərimdə.

Sənin gözlərin

Sənin gözlərin
məni mənə tanıtdırır,
yerimi dünyaya.
Gözlərin hara baxsa
ora vətəndır.
Hara getsəm də,
ora qayıdaram mən.
Gözlərin həsrət körpüsü,
Baxırsan...
Baxırsan...
Yenə də baxırsan…
birdən olur vüslət körpüsü.
Baxışların alplardır,
eşqimizin bayrağı önündə,
yəni gözlərimiz önündə,
rejə gedirlər.
Gözlərin getdiyim bütün yollardır-
qalabalıqları görən yönün tərsinə baxar,
məni təqlid etməz,
tənqid edər.
Gözlərin sudur;
Baxır...
Axır...
Baxır...
Axır...
Şəpələnir.
Suyun parlaqlığıdır,
Baxır...
Şaxır...
Baxır...
Şaxır...
Hər yana işıq ələnir.
Gözlərin su parıltısının aynalığıdır,
özümü səndə görürəm.
Gözlərin Səməd əminin "Qara balığı"dır;
Məni uşaqlığıma, arınlığıma qaytarır.
Gözlərindən dəniz tuturam,
şeir yazıram.
Gözlərin məni azadlığa çatdırır,
sonsuzluğa yelkən açıram,
bütövləşirəm.
Gözlərin aparmır yaramı qəbrimə,
bu səbəblə şeir yazıram.
Sevgilim, belə bax mənə,
mən sənin bölündürülmüş yarınam.
Gözlərin qiyamətdir,
gözlərin dərmandır.


# 1930 dəfə oxunub

Oxşar xəbərlər

"Yenidən birləşmək üçün dartınan sınıq aynanın parçaları kimi" - Güneydən şeirlər

"Yenidən birləşmək üçün dartınan sınıq aynanın parçaları kimi" - Güneydən şeirlər

17:00 16 yanvar 2024
Gündüzü yandırın - Rza Bərahəninin şeirləri

Gündüzü yandırın - Rza Bərahəninin şeirləri

10:40 11 may 2023
Qapımı döydü polis - Güneydən yeni şeirlər

Qapımı döydü polis - Güneydən yeni şeirlər

17:09 30 mart 2023
Sürgünəm iç-içə yuxular içində - Güneydən şeirlər

Sürgünəm iç-içə yuxular içində - Güneydən şeirlər

17:00 13 oktyabr 2022
Köksündə olsa da azadlıq həvəsi... – Güneydən şeirlər

Köksündə olsa da azadlıq həvəsi... – Güneydən şeirlər

17:00 2 sentyabr 2022
“Azər” o tayda səndədi, “baycan” mənimkidir – Güneydən şeirlər

“Azər” o tayda səndədi, “baycan” mənimkidir – Güneydən şeirlər

15:00 26 avqust 2022
#
#
# # #