Çexova sitayiş eləmək

Çexova sitayiş eləmək
12 sentyabr 2013
# 11:52

Uruqvaylı şair və hekayələr müəllifi Orasio Kiroqa 1878-1937-ci illərdə yaşayıb. Səyahətə çıxmağı xoşlayan Kiroqa əsərlərinin çoxun təbiət qoynunda yazıb.

Daha çox Redyard Kiplinq, Edqar Allan Po və Maksim Qorkidən təsirlənən yazar Latın Amerikasının öndə gələn hekayə yazarlarından sayılır.

Kulis.Az Orasio Kiroqanın yeni yazmağa başlayanlar üçün hazırladığı “On əmr”ini təqdim edir.

1. Bir ustada- Po, Mopassan, Kiplinq, Çexov- Tanrı kimi inan.

2. Sənətini əlçatmaz olduğunu qəbul elə. Ona aşa biləcəyinə dair xəyal qurma. Onu aşa biləcəyin duruma gəldiyində heç fərqində olmadan bacaracaqsan.

3. Kiməsə bənzəməyə çalışma, üzərindəki təsir kifayət qədər güclüdürsə o zaman bənzət özünü. Üslubunu formalaşdırmaq hər şeydən çox səbir istəyən bir işdir.

4. Kor-koranə inan. Uğura çatacaq qədər bacarıqlı olduğuna deyil, arzuladığın şey qarşısında göstərəcəyin səyə inan. Sənətini sevgilin kimi sev, bütün qəlbini ona ver.

5. İlk sözünün nə olduğunu bilmədən yazmağa başlama. Yaxşı yazılmış hekayədə ilk üç sətir demək olar ki, son üç cümlə qədər vacibdir.

6. Bu fikri dəqiq ifadə etmək istəyirsən: "Çaydan soyuq bir külək əsirdi". İnsanların danışdığı dildə ifadəni vermək üçün müəyyən edilmiş sözlərdən başqa sözlər yoxdu. Sözlərinə sən hökm et. Sait-samit haqda düşünmə.

7. Lazım olmadıqca sifət işlətmə.

8. Qəhrəmanlarını əlində tut və hekayənin sonuna kimi apar. Təxəyyülündə necə müəyyən etmisənsə elə olsun, onları başqa şəkildə görməyə çalışma. Başqalarının görə bilmədiyi, ya da görsə də vecinə almayacağı şeylərlə yolunu azdırma. Oxucunu aldatma. Hekayə söz qələbəliyindən ayrılmış bir romandır. Hətta belə olmasa da bunu mütləq bir həqiqət olaraq qəbul et.

9. Duyğulara qapılaraq yazma. Qoy silinsinlər, amma sonra yenidən hamısını ağlına gətirməyə çalış. Bundan sonra duyğuları yenidən canlandıra bilməyə gücün çatırsa deməli onsuz da yolu yarılamısan.

10. Yazarkən nə dostlarını düşün, nə də hekayənin yarada biləcəyi təsiri. Hekayəni bir araya gətirdiyin qəhrəmanlarının içində yaşadığı o kiçik mühitdən başqa diqqətini çəkən heç bir şey yox imiş kimi yaz.

# 2632 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:00 17 iyun 2025
Ceyms Coys oxumaq niyə qorxuludur? - Qismət

Ceyms Coys oxumaq niyə qorxuludur? - Qismət

11:12 16 iyun 2025
Allahı öldürən filosof - Fəxri Uğurlu

Allahı öldürən filosof - Fəxri Uğurlu

09:00 13 iyun 2025
"Bu hekayə alınmayıb..." - Furqanın yeni hekayəsi haqqında

"Bu hekayə alınmayıb..." - Furqanın yeni hekayəsi haqqında

11:00 11 iyun 2025
Yazıçılara nifrət edənlər kimlərdir?

Yazıçılara nifrət edənlər kimlərdir?

13:27 10 iyun 2025
Gürcü - Furqanın yeni hekayəsi

Gürcü - Furqanın yeni hekayəsi

09:00 10 iyun 2025
# # #