Ramiz Rövşənin sirri - O oxucularını necə aldadır?

Ramiz Rövşənin sirri - O oxucularını necə aldadır?
7 avqust 2024
# 17:59

Kulis.az Emil Rasimoğlunun "Ramiz Rövşənin səsi... və ya gizli məğlubiyyət" adlı yeni yazısını təqdim edir.

Demək, bu günlərdə qarşıma çıxan bir kadrda Ramiz Rövşən Musa Yaqubun şeirindən bir hissəni səsləndirir...

Həqiqətdə sənət baxımından son dərəcə zəif olan həmin şeirin Ramizin səsində (elə Ramizin iştirakı ilə!) necə “pərdələnməsinin”, hətta büsbütün gerçək bədii keyfiyyətinin necəliyini hansı şəkildə gizlətdiyinin BİR DAHA şahidi oluram. Ona görə BİR DAHA ki... mən Ramiz Rövşənin öz şeirlərinin üzərində səsi ilə yaratdığı PSİXOLOJİ MANİPULYASİYAya gözəl bələdəm.

Bu, metodoloji faktdır!..

Əslində, Ramiz Rövşənin istedadı, KREATİV GÜCü, novatorluğu... böyük deyil. Sadəcə, Ramiz Rövşən istedadının çölündə, sənətdən çox -çox uzaqlarda yazdığıqlarının bədii reallıqlarını səsi ilə ört-basdır edə bilir.

Bir dəfə də yazmışdım. Bəzən görürsən ki, birisi (hətta sənəti görə bilən birisi) deyir ki, filan şairin şeirini öz dilindən eşidəsən, dinləyəsən… Bu əksərən psixoloji faktordan qaynaqlanır. Çünki səs - şeir münasibətində çox vaxt səs şeirin bədii mahiyyətini özündə gizlədib, qarşısındakını psixoloji təsirdə saxlayır... saxlamağı bacarır. Təbii ki, müəllifinin rolu ilə.

Ramiz Rövşəndə də bu “ədəbi siyasət” yaradıcılığın ana xəttidir, - desəm, yanılmaram… Adamın səsi mətnlərindən, yazdıqlarından daha çox orijinaldı, ağırdı. Dinləyici (oxucu) sanki mətnin yox, səsin arxasına düşüb gedir. Ona görə də hətta deyərdim ki, son dövrlər Ramizi mətninə görə yox, səsinə görə axtarırlar. Məhz bu baxımdan da Ramiz Rövşən mətninin, yazdıqlarının müəllifi olmaqdan çox, səsinin müəllifidir.

Məsələn:

“Məni saymayanı mən də saymadım,
Artdı gündən-günə saymadıqlarım.
Sən mənim başıma ağıl qoymadın,
Onların başına ağıl qoy barı”.

Yaxşı, gəlin görək, Ramizin Allaha xitabən yazdığı bu şeirdə sənəti, ədəbiyyatı, yaradıcı təfəkkürü... əks etdirəcək nə var?
Bu şeiri (kütlə təfəkkürlü oxucu düşüncəsi ilə yox!) sənətkar idrakı ilə sənət prizmasından yola çıxıb, əvvəldən axıra qədər kim oxusa, görəcək ki, şeir bəsit, özünəməxsus bədii məziyyəti olmayan, heç bir yaradıcı laboratoriyanın iş prinsipini əks etdirməyən bir yazıdır, sadəcə, ahəngli bir “söz toplusu”dur. Amma Ramiz Rövşənin öz səsində məlum şeiri dinləyib, görürsən ki… adamın səsi şeirdə sanki qala divara dönür… və hər kəs də o divarı aşıb, şeirin daxili potensialının necəliyini görə bilmir.

Doğrudur, mənim kimi səsin ecazına düşməyib mətnin fərqində olanlar da az deyil. Amma bir fakt var ki, Ramiz ədəbiyyat adı altında bir zalı bu şeirlə “aldada” bilir... bilib.

Bəlkə də, Ramiz Rövşənin ən çox “qorxduğu” yer ağ vərəqlərdi. Axı, ağ vərəqlər səsləri qəbul etmir… və Tanrının (hətta Ramizin!) “Ramiz sirri” açılır… yekunda Ramizin şeirlərinin əksəriyyəti ağ vərəqlərin üstündə MƏTNSİZLİKdən “ölür”. Səsdə “dirilib”, vərəqdə “ölən” şeirlər…

... Güman edirəm ki, Ramiz Rövşən yeganə adamdır ki... xəlvətdə öz səsinə dua edib, uzun ömür arzulayır.

# 4190 dəfə oxunub

Oxşar xəbərlər

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

11:15 30 oktyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər