Müstəqillik dövrünün ədəbiyyatını yaradanlar

Müstəqillik dövrünün ədəbiyyatını yaradanlar
16 mart 2025
# 15:00

Kulis.az Cavanşir Yusiflinin "Müstəqillik dövrünün ədəbiyyatını yaradanlar" essesini təqdim edir.

Ümumdünya yazıçılar günündə bu sual (müstəqillik dövrünün ədəbiyyatını kimlər yaradır?) ətrafında düşünmək maraqlı olardı. Yəqin ki, bu əlamətdar gün təkcə 3 mart tarixi ilə məhdudlaşmır.

Şairlər günü də var - dənizin göy sularına güllər atılır, dənizin mavi sinəsi qan qırmızı güllərə bələnir, dalğalar anidən keçmişə "axışır", keçmişdən pis niyyətləri silib-süpürür.

Dünyanı təmizləmək cəhdləri həmin dalğaları bu günə gətirir, sinəsi güllə açan şairləri pyedestaldan endirib dəniz kənarına aparır, orda bir daşın üstündə oturub səhəri diri gözlə açmaq var... Şairlər günü həmişə bizi keçmişə aparır və ordan bu günə gətirir, keçmişin hər bir elementi yaxşıca təmizlənməli, tozu alınmalı, hər sözə ayna tutulmalıdır.

Yazıçılar günü həm də gələcəyə aiddir, gələcəyi qurub-yaratmağa aiddir. Ona görə hər bir ədəbi nəsil bu quruculuqda çox böyük işlərin qulpundan yapışmalı olur; gücü çatdı, çatmadı. Və çox zaman buna görə onların nailiyyətləri çox az, qüsurları olduğundan artıq görünür. İndiki nəsil nasirlərdə olduğu kimi.

Fikrimizcə, dünya dillərinə, dünyanın aparıcı dillərinə məhz bu şair və nasirləri çevirmək lazımdır. Milli ədəbiyyatın maksimum enerjisi, bu enerjinin milli duyğuları, bəşəri problem və qayğıları göstərə bilən nüvəsi... məhz gənc ədəbi nəslə məxsusdur.

Gənclik enerjisi, onun əlahiddə xassəsi - kimisə təqlid eləsən belə, kimə heyran olsan belə, səni hər şeydən ayırıb xüsusi bir yerə qoyur, məhz bu enerji daha çox yaradıcıdır, dünya bu "nəfəs"likdən daha başqa cür görünür. Bu dövr çox az çəkir, yaz fəsli kimi, sonra qızmar yay, payız və qış... Zamanla həmin enerjinin daha çox normativlərlə üst-üstə düşən komponentləri önə çıxır, sabitləşir və yazmağın vərdişə dönmə riskini daşıyır. Gənclik çağında həmin enerji sənə təkrarsız şeylər yazdıra bilər, təkrardan, özünün ayaq izlərini tapdalamaqdan, onların üstü ilə getməkdən qorxunun dörd yanı dolaşdığı çevrədə sən ancaq özünsən.

Bədii tərcümə məsələlərində bu amili fikrimizcə, nəzərə almaq lazımdır. Şamxalın romanının Avropada, məlum müsabiqədə yer alması məhz bu amillə sıx surətdə bağlıdır.

Sənin ən çox özün olduğun bir fəsildə (...göz açıb yumunca keçən fəsildə...) içinə, ürəyinə ruhuna daman nəsnələrin "hərflərini" həmin o "quşbaxışı" zaman ötəndən sonra şeirə, nəsrə çevirmək, ümumən bədii mətn kimi ifadə etmək dəhşətli dərəcədə çox çətindir. Yaradıcılığın içində yazıçını ölümə və intihara sürükləyən də elə bu hissdir.

A.Kamünün avtomobil qəzasında dörd bir yana səpələnən romanının səhifələri həmin yaza bilmədiyi, yaxud yazsa da, hiss baxımından tamamlaya bilmədiyi nəsnədir.


Alber Kamü

Yazdıqlarımızın fonunda bunu deyə bilərik: Dino Bussatinin "Tatar çölü"ndən də mükəmməl əsəri ola bilərdi, əgər...

Bu mənada, ilk gənclik yazıları həm də kəsir qalan, tamamlanmamış mətnlərdir. Yaşamaq, həm də uzun yaşamaq əzabına qatlaşan yazıçılarda bu, mütləq baş verir, sən o mətnlərin boş qalan hücrələrini doldura bilmirsən.

Amma həyatdan nakam köçmüş yazıçılarda həmin boşluqlar olmur, həmin saf, ilk gənclik yazıları ən mükəmməl nəsnələr sırasındadır. Məsələn, Fernando Pessoa və Əli Kərimdə.

# 3221 dəfə oxunub

Oxşar xəbərlər

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər