Hacı Səfərov: "Heç olmasa, utanın..."

Hacı Səfərov:  "Heç olmasa, utanın..."
4 avqust 2023
# 13:00

Kinoşünas Hacı Səfərov rejissor Ayaz Salayevi və Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanı tənqid edib.

Kulis.az xəbər verir ki, kinoşünas Azərbaycan Kinosu Günü ilə bağlı keçirilən tədbirdən imtina edib.

"Kino Günü ilə əlaqəli tədbir olub. Əslində, mən də dəvətli idim, amma Ayaz Salayev və onun timsalında digər vaxtı keçmiş "kino adamları"nın mənasız söhbətlərinə dözümüm qalmadığı üçün getməməyi seçdim. Otuz ilən çoxdur müstəqilik və ortada hələ də heç bir nəticə yoxdursa, bunun müsəbbibi olan şəxslərin danışıqlarına qulaq asmaq, onları alqışlayan insanlara baxmaq sadəcə vaxt itkisidir.

Kinoşünas Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanı da qınayıb:

"Seçimimdə yanılmamışam. Şəfiqə Məmmədova mükafat verəndə söz atıbmış ki, əsas mükafat hesabdadır. Nə böyük şey olub, pul vermisiniz, hələ bir bunu dilə də gətirirsiniz. Guya Aydın Kazımzadənin sizin verdiyiniz pulla həyat keyfiyyəti artacaq. Halbuki Aydın Kazımzadənin haqqını ödəmək üçün gərək illik büdcənizi verəsəniz, sonra da üzr istəyəsiniz. Heç olmasa, sizi ittiham edən, pul yediyinizi iddia edən mətbuat katibinizdən utanın. Tarkovski demiş, siz axı onu ən çox tanıyır və ideallaşdırırsınız. Dünyanı utanmaq hissi xilas edəcək. O da sizdə yoxdur. Axırda da iki ildir heç bir bədii film çəkilmədiyi üçün konsert ediblər. Əvvəlki illərdə film nümayişləri olurdu. Bu dəfə belə gətirdi. Təklif edirəm ki, gələn ilə qədər yenə heç bir film olmasa, bu dəfə mənim yutub videolarımı qoşarsınız. Həm bir-iki şey öyrənərsiniz, həm də baxış sayım artar, kimə nə ziyanı var"

# 4677 dəfə oxunub

Oxşar xəbərlər

"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

10:00 23 iyun 2026
"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər