Ədəbiyyat üfüqündə nəzm görünürmü?

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

21 mart 2024
# 18:22

Bu gün Beynəlxalq Poeziya Günüdür. Kulis.az Rəvan Cavidin yeni yazısını təqdim edir.

Ədəbiyyatın gah aktual, gah da inzivaya çəkildiyi janrdır şeir.

Dini icmaların yarandığı bütün coğrafiyalarda şeir ayin kimi oxunub, trans vəziyyətə çatmaq üçün istifadə olunan cümlələr sistemi kimi qəbul edilib.

Şərq insanının şeirə bu qədər doğma yanaşmasının səbəbi, əslində, altşüurda yatan dini situasiyadır.

Şeir tərəddüdün məhsuludur.

Oxucu şeirdə xoşbəxtlikdən daha çox, alınmayan talelərin izindədir. Çünki bədii şüur poetik müstəvidə melanxolikləşir, sentimental rəngə bürünür. Səbəbi isə çıxılmazlıq, anlaşılmazlıq və real təfəkkürün qəbul edə bilmədiyi, daha doğrusu, razılaşmaq istəmədiyi hadisələrin cərəyan etməsidir.

Romantika şeirə ümid pərdəsi salır. Romantiklər nələrsə arzulayır. Ancaq bu arzuların da arxasında uduzmuş obrazlar seli, lap başa qayıtmaq istəyən yalançı qəhrəmanlar cərgəsi mövcuddur.

Çağdaş ədəbiyyat şeirə proza xüsusiyyətləri yükləyərək onu dəyişməyə cəhd göstərir. Bu isə şeirin ikiləşməsinə – qərbli və şərqli üslubların yaranmasına səbəb olur.

Şərqli olmaq su kimi olmaqdı. Qərbli olmaq suya baxmaqdı. Şərqli suya çevrilir, Qərbli suyun tərkibinə. Şərqli ölümsüzlüyə suyun xasiyyətləri ilə varacağını düşünür, Qərbli suyun xüsusiyyətləri ilə.

Şərqli Xaosa hazırlaşır bu mənada, Qərbli isə bu Xaosu izləyən obraz olacaq.
Əgər məsələ müşahidə problemidirsə, hekayə və daha böyük kontekstdə roman bu problemə alternativ nümunədir.
Şeirin müşahidə məsafəsi qısadır.

Romanın müstəqil bir sənətə çevrildiyi dövrdə cəmiyyətin, insanların problemlərinə şeirvari baxmaq bir az gücsüzlük, bir az da səbrsizlikdi.
Şeirin düşüncə sistemində yeri də balacadı (bu günün şeiri).

Şeir mücərrəddir. Onun mücərrədliyi dilin problemlərini həll etmək iqtidarında deyil. Şeir dil hadisəsinə çevrilə bilmir bu mənada.

Bədii estetikanı bir zamanlar şeir yaradırdısa, indi bu standartları roman və hekayə janrı müəyyən edir. Şeirin estetik çəkisi çağdaş ədəbiyyatın meyarlarından aşağıdadır.

Roman sənəti özündə bütün janrları birləşdirmək xüsusiyyətinə malik olduğu üçün şeir bu janrın daxilində köməkçi bir detal kimi istifadə olunur. Və ya musiqi mətnlərində əsas konstruktiv element kimi.

Bob Dilanın Nobel alması (Nobel almasına göstərilən səbəb) sübut etdi ki, şeirin gücü yalnız musiqinin, yəni səs və monoton hadisələrin fonunda qalıb.
Avropa şeiri hər gün deformasiya olunur, şəkil dəyişir, yenilənir, özünə fərqli imic yaratmağa çalışır. Şərq şeirinin üstünü isə toz basmaqdadı.
Onun müdrikanəliyi artıq oxucunu həyəcanlandırmır.

Şərq şeiri duyğusal olduğu müddətdə onu oxuyanlara lazımdı.

Bütün hallarda şeir anlaya bilmədiyimiz, anlamaq istəmədiyimiz, məna qazandırmağa çalışdığımız dəyərlərə həsr etdiyimiz lirik estetikadır. Bu bəzən o qədər çətin olur ki, ifadə imkanları absurdlaşır və böyük bir mənasızlığı çevrilir şeir.

Ədəbiyyatın üfüqlərində nəzm görünürmü? Görə bilirsinizmi?
Şeir artıq bizə baş verənlərin önəmini anlada bilmir.

Şeir mühakiməyə və müxalifə çevrildikcə kiçilir, balacalaşır, mənasını öz içində itirir və nəhayət, öz ruhunu oxucu sentimentallığına qurban verir.
Amma poeziya əbədidir. Dünya ilə həmyaşıddır.

Bütün poeziya əhlini təbrik edirəm.

# 3395 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər