Bilirdim ki, sən satqın deyilsən... - A-7713 nömrəli dustaq

Bilirdim ki, sən satqın deyilsən... - A-7713 nömrəli dustaq
10 sentyabr 2024
# 16:00

Kulis.az Vüsal Bağırlının yeni yazısını təqdim edir.

Nobel mükafatı laureatı yazıçı Eli Vizel. Onun uşaqlığı Siqet şəhərində keçib. Şərqi Avropada, Transilvaniyanın kiçik bir şəhərində. Bir gün faşistlər oranı işğal edirlər. Bütün şəhər əhlini, həmçinin, balaca Vizeli ailəsi ilə birlikdə ölüm düşərgəsinə göndərirlər.

Birbaşa Osvensimə (Auşvits). Orda qaldığı müddətdə, demək olar, bütün ailəsini - atası, anası, kiçik bacısı Sipporanı itirir. Onları qaz sobasında yandırırlar.

Eli düşərgədə başına gələn bütün dəhşətləri “Gecə” adlı romanında təsvir edib. Roman yazıçıya dünya şöhrəti gətirib.

Düşərgədə onun qolunda daşıdığı tatu nömrəsi “A-7713” idi. Düşərgədə o, əsir saxlanılan bir fransız qızla tanış olur. O, yalnız fransız dilini bildiyinə görə, alman dilli Eli ilə danışmır. Heç kəslə ünsiyyət qurmur.

Bir gün düşərgə nəzarətçisi qəzəblənib Elini vəhşicəsinə döyür. Bütün bədəni, üzü qan içində, bir küncə çəkilib oturur. Qəflətən bir əl uzanıb onun alnının, üzünün qanını silir. Eli başını çevirir və fransız qızı görür. Qız Elinin düz gözünə baxıb gülümsəyir və pıçıltı ilə alman dilində deyir:

- Ağlama, qardaşım, döz. Öz kinini və qəzəbini başqa günə saxla. Ümid et. Həmin gün yaxındadır, gələcək.

Çox-çox sonralar, müharibə bitdikdən illər sonra yazıçı Paris metrosunda gözəl, qaraşın bir qadınla rastlaşır. O, qadını gözlərindən tanıyır. Həmin qız.

Vizel Eli qadına yaxınlaşır.

- Xanım, məni tanıdınız?

- Üzrlü sayın, yox, tanımadım.

- 1944-cü ildə sizi Osvensimdə, düşərgədə görmüşəm...

- Hə, olub belə hadisə...

- Siz o vaxt elektrik avadanlıqları saxlanan anbarda işləyirdiniz.

- Hə, düzdür. – O, həyəcanla dedi və bir anlıq susub, əlavə etdi. - Dayan, bir... Səni xatırladım...

Onlar metrodan çıxıb, terrasdakı kafedə otururlar, söhbət edirlər. Xatirələrə dalırlar. Ayrılmazdan əvvəl Vizel Eli qadından soruşur.

- Sizə bir sual verə bilərəm?

- Mən bilirəm sən nə soruşacaqsan.

- Bilirsiniz? Nəyi soruşmaq istəyirəm ki?

Qadın deyir:

- Sən mənim yəhudi olub-olmadığımı bilmək istəyirsən. Bəli, mən yəhudiyəm. Amma o vaxt sənədlərimi dəyişib, özümü almanlara fransız kimi tanıtmışdım. Anbarda mən ehtiyatsızlıq edib səninlə almanca danışdım. Bu işgəncə altında həyatıma son qoya bilərdi. Amma əmin idim ki, sən satqın deyilsən.

Şəkildə Vizel Eli. İkinci sıra. Soldan 7-ci

# 3270 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər