Məmməd Arazın bu şeiri sizi silkələyəcək - Mətn

Məmməd Arazın bu şeiri sizi silkələyəcək - Mətn
14 oktyabr 2021
# 10:30

Bu gün böyük şairimiz Məmməd Arazın doğum günüdür. Onun anadan olmasının 88-ci ili tamam olur. Kulis bu münasibətlə şairin son şeirlərindən birini təqdim edir.

Bu millətə nə verdik ki?

Bu millətə nə verdik ki?
Kimsə qapdı ziyasını,
Kimsə pozdu sırasını,
Duzla yuduq yarasını,
Xörəyinə duz vermədik.

Bu millətə nə verdik ki?
İnamını noxtaladıq,
İnadını axtaladıq,
Var-yoxunu qarmaladıq,
Bir çeynəm saqqız vermədik.

Bu millətə nə verdik ki?
Halal tikə qənddi, - dedik,
Yoxsuluna dərdli, - dedik,
Kasıbına mərddi, - dedik,
Mərd kasıba qız vermədik.

Bu millətə nə verdik ki?
Çiyninə mindik, - öyrəşdi,
Bir dillə min dil öyrətdik,
Neçə fəndi-fel öyrətdik,
Milyon aldıq, yüz vermədik.

Bu millətə nə verdik ki?
Biz səhv etdik, batdı qana
Millət ata, millət ana,
İllacı qalsın bir yana,
Dərdi də ucuz vermədik.

Bu millətə nə verdik ki?
Bu millətin səbri böyük,
Dözür: dözüm həddinəcən,
Dözür: dözüm səddinəcən,
Dözür: dözüm xəttinəcən...

Sonra... daha sonra olmur,
Sonra qara tufan olur,
Sonra "qullar dünyasının
İntiqamı yaman olur"...

16 noyabr 1992

# 22151 dəfə oxunub

Oxşar xəbərlər

"Hər şey eynilə göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır..." - Azad Yaşarın şeirləri

"Hər şey eynilə göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır..." - Azad Yaşarın şeirləri

15:00 10 aprel 2026
Eyni günlərdən ömrüm qabarladı... - Maarif Soltanın şeirləri

Eyni günlərdən ömrüm qabarladı... - Maarif Soltanın şeirləri

13:30 10 aprel 2026
Həmid Herisçi: "Xarici turistlərə bələdçi işləyim?"

Həmid Herisçi: "Xarici turistlərə bələdçi işləyim?"

11:26 10 aprel 2026
"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

16:00 9 aprel 2026
"Səni ya ədalət, ya qan hərləyir!.." - Akif Azalpın şeirləri

"Səni ya ədalət, ya qan hərləyir!.." - Akif Azalpın şeirləri

15:00 7 aprel 2026
Doğma musiqi - Ümmügülsüm

Doğma musiqi - Ümmügülsüm

13:45 3 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər