Altı adamın tənhalığı - ARAŞDIRMA

Altı adamın  tənhalığı - ARAŞDIRMA
2 may 2011
# 15:38
C.D. Selincer

Atası yəhudi, anası irland olan Cerom Devid Selincerin ömrünün 50 ilini ictimayyətdən uzaq keçirib. Yazıçının şedevri sayılan "Çovdarlıqda uçurumdan qoruyan" romanını 1951-ci ildə yazıb. Əsər anti-qəhrəman Holden Kolfildin üç gündə başına gələnlərdən bəhs edir. Holden asosial bir gəncdir. Təhsil aldığı üçüncü məktəbdən qovulur, ətrafındakı insanların saxtalığı onu bezdirir, onu tək xoşbəxt edən insan isə balaca bacısıdır. O, bacısına pis örnək olmaqdan çox qorxur, amma saxta olmağı da bacarmır.
Roman Amerikanın bir çox ştatlarında qadağan olunsa da, çox sevildi. Hazırda amerikan gənclərin ən çox oxuduğu kitablardan biridir.

Selincer 1964-cü ildə "Xepvort 16, 1924″ romanını çap etdirəndən
sonra bir daha adam arasına çıxmayıb. İstisna kimi 1974-cü ildə "Paris Review" qəzetinə kiçik bir müsahibə verib. 27 yanvar 2010-cu ildə 91 yaşında ölüb.

Harper Li

ABŞ-ın Alabama ştatında doğulan Harper Li ömrünün 40 ilindən çoxunu tənhalıqda keçirib. 1960-cı ildə yazdığı yeganə romanı “Bülbülü öldürmək” 10 milyondan çox nüsxə ilə satılıb. Növbəti il yazıçı “Pulitzer Ədəbiyyat mükafatı”nı qazanıb. Roman əsasında çəkilən eyni adlı film isə Oskar mükafatı alıb.

Li 10 yaşında qarşılaşdığı bir hadisəni əsərdə təsvir edir. Baş qəhrəman vəkil Attikus Finçdir. Ona ABŞ-da əsassız mühakimə olunan zəncini müdafiə etmək tapşırılır. Bu hadisədən sonra yaşadığı qəsəbədə hər kəs ona düşmən kəsilir.

Romandan qazandığı şöhrətdən sonra yazıçı Alabamadakı evinə qapanıb və 1979-cu ildə istisna olaraq, “New York Times” qəzetinə müsahibə verib. Müsahibəsində o, Alabama Universitetində hər il keçirilən “Li klassikası” adlı esse yarışına necə sakitcə qatılıb izlədiyindən danışıb. O deyib: “Tələbələr həmişə bu romanda yeni şeylər tapır və ordakı hadisələri indiki dövrlə bağlaya bilmə bacarıqları ağlasığmazdır. Yarışmanı təşkil edənlərin mənim üçün etdikləri hər şey çox möhtəşəmdir”.

Tomas Pinçon

Tomas Pinçonun Selincerin təxəllüsü olduğunu deyirdilər. “Yer cazibəsinin göy qurşağı” əsərinin müəllifindən 1970-ci ildən sonra səs-soraq almaq mümkün olmayıb. Adı çəkilən əsər son beş ilin ən yaxşı əsərinə görə verilən “Uilyam Din Hovels” mükafatına layiq görülüb.

1970-ci illərdə Selincerin bu ad altında yazıb yaratdığı iddia olundu. Lakin Pinçon qısa bir cavabla kifayətləndi: “Pis deyil. Biz az da cəhd edin”.

Onun əsərlərində modern cəmiyyətlərdə insanın yadlaşması problemi qoyulur.

Pinçon 1997-ci ildə CNN-ə telefonla müsahibəsində cəmiyyətdən uzaqlaşmasını belə izah edib: "Məncə, “tərki-dünyalıq” jurnalistlər üçün uydurulmuş kodeksdi. Mənası “Jurnalistlərlə danışmağı sevmirəm” deməkdir”.

Pinçon həm də “Simpsonlar” TV şousunda epizodik rolda çəkilib. Yazıçı şəxsiyyətini gizlətmək üçün “Simpsonlar”da səsləndirdiyi obrazın başına kağız qutu keçirilmiş halda təsvir edilməsini istəyib.

Samuel Bekket

Onu Ceyms Coysun davamçısı olduğu üçün “son modernist”, özündən sonrakıları daha çox təsirləndirmiş yazıçı olduğu üçün “ilk postmodernist” də aldandırırlar. Öz əsərlərinin əksəriyyətini fransızcaya, ingiliscəyə çevirib. Bekketin Coysla münasibəti yazıçının qızının ona vurulması ilə pozulur. Bekket İrlandiyanı tərk etmək məcburiyyətində qalır. Bir müddət Fransada yaşamağa başlayır. Sartrın çıxardığı “Müasir zaman” jurnalında onun bir neçə hekayəsi çap olunur. Ancaq sonra Simone de Bavuar onu yayımlamaqdan imtina edir.

1969-cu ildə “Nobel” mükafatına layiq görülsə də, onu almaqdan imtina etdi Bekket. İrland yazıçısı və şairi mükafatı almağa ictimai nitq söyləməkdən xoşlanmadığı üçün getmədi.

“Qodotu gözləyərkən” adlı əsəri ilə məşhurlaşan yazıçı 2006-cı ildə onun ad günü şərəfinə keçirilən şənliyə qatılmayıb. Şənlik Dublində onun əvvəllər kirayə qaldığı evin yaxınlığında keçirilib. Yazıçının qardaşı oğlu Eduarddan Bekketin qatılıb-qatılmayacağını soruşduqda isə: “o bu şənliyin milyon kilometr uzaqlığına da gəlməz” deyə cavablandırıb.

Emili Dikinson

Amerikanın ən böyük şairlərindən biridir. Çox nadir hallarda öz evindən, hətta yatağından çıxan insan olub. Öldüyü 1886-cı il tarixinə qədər Masaçutes ştatındakı ata evində yaşayıb. Şair öz pərəstişkarları və qonaqları ilə yalnız qapı arxasından danışırmış.
Emili Dikinsonun əsərlərini ölümündən sonra bacısı tapıb. 1890-cı ilə qədər demək olar ki, onun bütün əsərlərini çap etdirib.

Kormak MakKarti

Yeni Meksikada yaşayan 77 yaşlı yazıçı “Yol” və “Bütün gözəl evlər” əsərləri ilə tanınıb. “Yol” romanına görə 2007-ci ildə “Pulitzer” əmükafatını alıb.

“Akademik Mükafatlar” gecəsinə qatılana qədər onun üzünü ədəbi dünyada heç kim görməmişdi. Heç vaxt müsahibə verməmişdi. Hətta onun şərəfinə təşkil olunmuş baketə də qatılmamışdı. Mükafat gecəsindən sonra bir dəfə TV şouların birində qonaq olub və yenidən sakit güşəsinə çəkilib.

Mükafatlandırma mərasimində onun əsəri əsasında çəkilmiş “Qocalara yer yoxdur” rəsm əsəri “Ən yaxşı şəkil” mükafatına layiq görülüb. 2007-ci ildə çəkilən eyni adlı film isə dörd Oskar mükafatı alıb.

2009-cu ildə yazıçının çap makinası “Kristi hərrac evi”ndə 15 min dollardan başlayan qiymətlə satışa çıxarılıb və 255 min dollara satılıb. MakKarti “Nobel” mükafatına ən real namizədlərdəndir.
Yazıçı üç dəfə evli olub. Ən son nigaha 2007-ci ildə Cenifer Vinkli adlı qadınla girib. İki övladı var.


Günel ƏSGƏRZADƏ
# 2030 dəfə oxunub

Oxşar xəbərlər

"Əkinçi"nin layiqli davamçısı - Şahnaz Şahin

"Əkinçi"nin layiqli davamçısı - Şahnaz Şahin

16:56 19 iyul 2024
Ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır - Həcər Atakişiyeva

Ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır - Həcər Atakişiyeva

17:30 18 iyul 2024
Sonanın erməni oğluna Bahadır atalıq edəcək - Ağa Cəfərli

Sonanın erməni oğluna Bahadır atalıq edəcək - Ağa Cəfərli

12:00 18 iyul 2024
Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

18:20 17 iyul 2024
"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan

"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan

16:00 17 iyul 2024
Bəxtiyar Vahabzadəni ona görə sevirlər ki... - Rəvan Cavid

Bəxtiyar Vahabzadəni ona görə sevirlər ki... - Rəvan Cavid

15:00 16 iyul 2024
# # #