Baş redaktorlar indi hansı kitabları oxuyurlar? - SORĞU

Baş redaktorlar indi hansı kitabları oxuyurlar? - SORĞU
29 aprel 2011
# 10:04
Kulis.az “axırıncı dəfə nə vaxt və hansı kitabları almısınız” sualı ilə sorğu keçirir.

Sorğunun ilk qonaqları media kapitanlarıdır.


Zahir Əzəmət – Ann.az informasiya agentliyinin və Kultaz.com saytının baş redaktoru:

- Son kitabları bir həftə əvvəl- bazar günü almışam. Bunlar əsasən "Qanun" nəşriyyatının "Ən yeni tərcümə" seriyasından dərc etdiyi kitablardı. Ceyms Coysun "Dublinlilər" və Klezionun "Gözəgörünməz qitəyə yanaşma" kitablarını aldım. Amma hələ oxumamışam. Hal-hazırda Kamal Abdullanın yeni çap olunmuş "Unutmağa kimsə yox" romanını oxuyuram. Bu kitab isə müəllifin hədiyyəsidir.

Qənimət Zahid – “Azadlıq” qəzetinin baş redaktoru:

- Axırıncı dəfə bir həftə əvvəl çoxlu sayda kitab almışam. Bunların arasında Mark Levinin əsərləri çoxluq təşkil edir: “Özgürlük için”, “Gölge hırsızı”, “Geşke gerçek olsa”, “Sonsuzluk için 7 gün”. Bir də Elif Şafakın “Aşk” romanını almışam. Artıq oxumağa başlamışam.

Aqil Abbas – “Ədalət” qəzetinin təsisçisi:

- Mən ayda yüzə yaxın kitab aliram, təxminən əllisini də yazarlar bağışlayır. Sonuncu dəfə F. Dostoyevski, F. Kafka, Aqşin, Niyazi Mehdi və Xalid Kazımlının kitablarını almışam.Hal-hazırda “Səfilləri” yenidən oxuyuram. Seymur Baycanın “Quqark” romanını da çox bəyəndim.

Rəşad Məcid – “525-ci” qəzetin baş redaktoru:

- Axrıncı dəfə “Əli və Nino”-dan Seyran Səxavət, Zümrüd Yağmur, Seymur Baycan, NUR Persona Non Qrata, Qaraqan və Murakaminin kitablarını almışam. Bu kitablara 60 manata yaxın pul xərclədim.Türkiyədən isə Elif Şafak və İsgəndər Palanın kitablarını almışdım.

Bahəddin Həziyev – “Bizim yol” qəzetinin baş redaktoru:

- Kitabları AXIRINCI DƏFƏ almamışam, NÖVBƏTİ DƏFƏ almışam.

Əvəz Zeynallı – “Xural” qəzetinin baş redaktoru:

- Axırıncı dəfə xeyli sayda kitab almışam. Kənan Hacının “Yağ kimi”, Pərvizin “Yad dilində” və Seymur Baycanın “Quqark” kitabın almışam. Hal-hazırda “Yad dilində” romanını oxuyuram. Bir də Türkiyədə səs-küy doğuran Əhməd Şıkın “İmamın ordusu” və Hanefi Avcının “Haliçdə yaşayan Simonlar” kitabını təzəlikcə əldə etmişəm.

Afiq Mirzəbəyli – “Reytinq” qəzetinin baş redaktoru:

- Aprel ayı ərzində cəmi bir kitab almışam: Seymur Baycanın “Quqark” kitabın.


Günel Əsgərzadə
# 1990 dəfə oxunub

Oxşar xəbərlər

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

12:40 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

15:00 29 aprel 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər