Qəribə hədiyyəli sevgililərin aqibəti

Qəribə hədiyyəli sevgililərin aqibəti
16 avqust 2011
# 12:18
I

- Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
- Mən isə... göyləri verirəm, - dedin...

Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.

Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.

- Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!

Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!

II
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.


III

İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
"Sevirəm" söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.



IV

Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.

Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.

Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.

Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.
# 1334 dəfə oxunub

Oxşar xəbərlər

Zamin Hacı:  "Mənə elə gəlir, Seymur Füzuli ermənisidir..."

Zamin Hacı: "Mənə elə gəlir, Seymur Füzuli ermənisidir..."

18:09 4 mart 2024
Allahın meyxanəsi - Füzuli oxuculardan niyə üzr istəyirdi?

Allahın meyxanəsi - Füzuli oxuculardan niyə üzr istəyirdi?

17:00 4 mart 2024
Zamin Hacıdan, Şərif Ağayardan Elxan Elatlıya qədər - Düşüklüyün, səviyyəsizliyin bariz təzahürü

Zamin Hacıdan, Şərif Ağayardan Elxan Elatlıya qədər - Düşüklüyün, səviyyəsizliyin bariz təzahürü

15:00 3 mart 2024
Mirzə Cəlil kimlərə “danabaş” deyirdi?! - Həqiqət haradadır?

Mirzə Cəlil kimlərə “danabaş” deyirdi?! - Həqiqət haradadır?

14:00 2 mart 2024
"Bizdə belə tələbə, belə tələbə həyatı yoxdur, roman inandırıcı deyil" - Roman müzakirəsi

"Bizdə belə tələbə, belə tələbə həyatı yoxdur, roman inandırıcı deyil" - Roman müzakirəsi

16:00 29 fevral 2024
Modern din, şeytana ibadət - Tanrını öldürən ehtiras

Modern din, şeytana ibadət - Tanrını öldürən ehtiras

14:10 29 fevral 2024
#
#
# # #