Bütün növ seks təklif edən fahişələr kimi...

Bütün növ seks təklif edən fahişələr kimi...
3 iyun 2011
# 11:15
Kaqan

Sənin payızın da, qışın da, yazın da, yayın da...
…iyrəncdi, Bakı.
Qaranlıq gecələrin, işıqlı sabahların, işıqsız sabahların, göy üzünü tutan tüstün, dumanın
Sabahına olan gümanın...
... iyrəncdi, Bakı.
Küçələrin gecələr xəyanət yuvasıdı, pozğunluq məkanıdı.
Bir qız bir oğlanındı...
Bir qız bir oğlanın qolları arasında, qaranlıq bir küçədə
Yaxasına uzanan əllərə mane olmur, pıçıldayır sakitcə: məni alacaqsanmı?
Alacaq, mütləq alacaq...
Ağlını alacaq, səndən hər şeyini alacaq,
Amma səni almayacaq.
O oğlan qaranlıq bir gecədə, əllərini yaxasına uzadıb, alt paltarının altından sinəsinə toxunmadığı qızla evlənəcək.
Sənin qaranlıq küçələrdəki oğlanların da, qızların da...
…iyrəncdi, Bakı.
Sənin fəxrlə “Xəzərim var” dediyin dənizin də...
… iyrəncdi, Bakı.
Bütün növ seks təklif edən fahişələr kimidi dənizin.
Neft, mazut, qaz verir, yayda arsız-arsız sahilləri plyaja çevrilir.
Bu arsız insanlar sularına soxulub, çimib çıxanda ağzındakı mazut dolu suyu tüpürüb “sənin sularına tüpürüm, belə dəniz” deyir.
Bədbəxt dəniz…
Dənizin də, dənizində çimib suyuna tüpürənlərin də, dənizinə neft, mazur tökənlərin də...
… iyrəncdi, Bakı.
Bütün günü bir küncdə oturub gələndən-gedəndən qəpik uman dilənçin, o dilənçidən qəpik istəyəcək qədər dilənçi kökündə olanların,
dilənçidən qəpik alıb onu oturduğu yerdə narahat etməyən polisin,
Dogruların, yalanların...
...iyrəncdi, Bakı.
Gündüzdən gecəyə, gecədən səhərə kimi internet saytlarında vurnuxub özünə ağıldankəm qız axtaran oğlanların, bir az da pullu oğlan axtaran qızların,
Ərsizlərin, ərlilərin, evlilərin,subayların,
Erotika qoxuyan gecələrin, gündüzlərin kimi,
İnternet dünyan da...
... iyrəncdi, Bakı.
Sənin nə Qarabağ dərdin var,
Nə demokratiya
Nə azadlıq,
Nə də...
Sənin dərdin pul dərdidi.
Bir az pulum olsun,
Pulum olandan sonra evim də,
Maşınım da,
İşim də,
Çoxlu-çoxlu qız tanışım da,
Hər şeyim olacaq, hər şeyim
Sənin yalançı Qarabağ, demokratiya, azadlıq istəyin də...
…iyrəncdi, Bakı.
Marşrutunda əyninə geyindiyi kirli köynəyin yaxasından sinəsinin tüklərini göstərən sürücün,
Marşruta minən kimi gözü mini yubkalı, sinəsi açıq geyinmiş qız, gəlin axtaran kişilərin,
Başı üzərində dayanıb gözləriylə sinəsini soyunduran kişilərin baxışları altında nazlanan arvadların,
O arvadların, o kişilərin dünyaya gətirdiyi, gətirəcəyi uşaqlar,
Böyüyüb əclaf olacaqlar o murdarlar.
Ataları kimi, anaları kimi marşrutlarda mədəni fahişəlik edəcəklər.
Sənin marşrutların da…
...iyrəncdi, Bakı.
Ölmək istəyirəm
Amma bu günahlar şəhərində,
Bu şəhərin neft, mazut, sidik, sperma qoxuyan torpağının altında,
Sonsuzadək yatmaq istəmirəm.
Səndən bezib,
Ölmək həvəsinə düşmək,
Ölümdən sonrakıları düşünmək,
Hər şey, hər şey...
...iyrəncdi, Bakı.

(Foto: Əhməd Muxtar)
# 4637 dəfə oxunub

Oxşar xəbərlər

“Adam tərbiyəsiz olmaz! Onu ən ağır şəkildə və publik biabır edəcəm!” – “Park”ın baş redaktorundan tənqidlərə cavab

“Adam tərbiyəsiz olmaz! Onu ən ağır şəkildə və publik biabır edəcəm!” – “Park”ın baş redaktorundan tənqidlərə cavab

11:00 9 oktyabr 2025
"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

11:30 7 oktyabr 2025
Kruq ədəbiyyatı

Kruq ədəbiyyatı

12:00 4 oktyabr 2025
Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

11:47 3 oktyabr 2025
"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

10:00 3 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər