Toğrul Nərimanbəyov: "İlk rəsmimi 4 yaşında çəkmişəm" - Video-söhbət

Toğrul Nərimanbəyov: "İlk rəsmimi 4 yaşında çəkmişəm" - Video-söhbət
7 avqust 2019
# 21:00

Bu gün Xalq Rəssamı Toğrul Nərimanbəyovun doğum günüdür...

SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ və Azərbaycan Xalq Rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov 83 yaşında vəfat edib.

Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində anadan olub. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Vilnüsdə Rəssamlıq İnstitutunu bitirib.

Toğrul Nərimanbəyov ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb. Onun monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.

Toğrul Nərimanbəyovun portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

Toğrul Nərimanbəyov bir çox ölkələrin orden və medalları ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "İstiqlal" və "Şərəf" ordenlərinə layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın parlaq ifadəsidir.

Kulis.az mərhum sənətkarın qonaq olduğu “Pəncərə” verilişini təqdim edir.

# 8302 dəfə oxunub

Oxşar xəbərlər

"Obrazın cibinə 100 manat bassan, problem həll olacaq" - Hekayə müzakirəsi

"Obrazın cibinə 100 manat bassan, problem həll olacaq" - Hekayə müzakirəsi

15:00 20 dekabr 2023
Mürəkkəb, ütülü, məntiqli və romantik – Hekayə müzakirəsi

Mürəkkəb, ütülü, məntiqli və romantik – Hekayə müzakirəsi

15:00 24 avqust 2022
Qondarma poetizm, nənədən qalma bayatı, müəllif nimdaşlığı - Hekayə müzakirəsi

Qondarma poetizm, nənədən qalma bayatı, müəllif nimdaşlığı - Hekayə müzakirəsi

15:00 13 iyul 2022
“Pul dindir, əxlaq yox” – Qodarla Le Klezionun söhbəti

“Pul dindir, əxlaq yox” – Qodarla Le Klezionun söhbəti

09:00 9 aprel 2022
Qadınsızlıq, kişilərin monotonluğu, bəşəri nagümanlıq, həyatın özü kimi – Yazarlar Ramil Əhmədi tənqid etdilər

Qadınsızlıq, kişilərin monotonluğu, bəşəri nagümanlıq, həyatın özü kimi – Yazarlar Ramil Əhmədi tənqid etdilər

15:12 18 fevral 2022
Həmid Herisçi:  "Bütün diplomlar saxtadır" - Video

Həmid Herisçi: "Bütün diplomlar saxtadır" - Video

20:53 12 fevral 2022
# # #