Bukerin qısa siyahısına düşən əsərlər nədən bəhs edir?

Bukerin qısa siyahısına düşən əsərlər nədən bəhs edir?
16 sentyabr 2021
# 11:35

Kulis.az Buker Mükafatının qısa siyahısına daxil olan kitabların qısa məzmunun təqdim edir. açıqlanıb.

1. Anuk Arudpraqasam – “Şimal keçidi”. Müəllif Şri-Lankalıdır, ikinci romanıdır. Əsər ölkədəki vətəndaş müharibəsinin fonunda bir sevgi münasibətindən bəhs edir.

2. Damon Qalqut – “Vəd”. Cənubi Afrikalı yazıçının doqquzuncu romanıdır. Roman aparteid dövrü və sonrakı on illiklər boyunca bəyaz bir ailənin əhvalatıdır.

3. Patrisiya Lukvud – “Heç kim bu haqda danışmır”. Amerikalı şair və memauristin ilk romanıdır. Roman sosial şəbəkədə məşhurlaşan bir qadından bəhs edir.

4. Nadifə Məhəmməd – “Bəxtəvər kişilər”. Müəllif Somalilenddə doğulub, Britaniyada böyüyüb. Romandakı hadisələr müharibədən sonrakı illərdə Kardiff körfəzindəki keçir; əsər səhvən cinayətdə təqsirli bilinən Mahmud Mattanın əhvalatıdır.

5. Riçard Povers – “Çaşqınlıq”. ABŞ yazıçısı, Pulitser mükafatı laureatı. Roman dul astrobioloqun doqquz yaşlı oğluna kömək etmək, onu başqa planetlərə aparmaq üçün eksperimental müalicə üsullarına baş vurmasından bəhs edir.

6. Meggi Şipsted – “Böyük dairə”. Amerikalı yazıçının üçüncü romanıdır. Əsər müharibədən sonrakı dövrdə cəsur bir qadın pilotdan və XXI əsrdə öz reputasiyasını xilas etmək üçün həmin qadınla bağlı film çəkmək istəyən Hollivud aktrisasının iç-içə hekayələridir.

Xatırladaq ki, mükafatın qalibi noyabrın 3-də bilinəcək. Qalib 50 min funt sterlinq qazanacaq.

Qismət

# 4436 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər