Ölkəni bürüyən terror: Özümüzü necə qoruyaq?  

Ölkəni bürüyən terror: Özümüzü necə qoruyaq?  
15 sentyabr 2021
# 15:21

Kulis.az Sərdar Aminin “Musiqi terroru” yazısını təqdim edir.

Sovet fotolarından boy verən o xoşbəxtlik... Təkcə nostalgiya yox, həm də xoşbəxtliyə cütlənmiş cizgilər, günəbaxan kimi üzlər...

Totalitar cəmiyyətlərin özünəxas hədiyyələri var; insana bir çərçivə verir ki, bu çərçivənin içində yaşa. Bu halda sən artıq əl-qol atmağın bir mənası olmadığını başa düşürsən, nəinki dünya, ölkə, heç öz gələcəyin barədə də nəsə plan qurmağa ehtiyac görmürsən. Bilirsən ki, sənin planını quran var, sənə qalan yeganə iş biçilmiş bu paltarın içində ömür sürməkdir. İşlə, rəqs elə, seviş...

Sərhədsiz ixtiyarda ən böyük istedadlar da bir gün bədbəxt olur. İnsana çimmək üçün ucsuz-bucaqsız ümman yox, şəffaf bir göl lazımdı.

Bütün sadalananlar totalitarizmə simpatiya yaratmaqdan ötrü deyil. Ancaq reallıq budur ki, cahilin bəxş etdiyi azadlıqdan aqilin senzurası daha həyatverəndir.

Xülasə! Hər kəs yaşlıların xoşbəxtliyindən, həyatsevərliyindən danışır.

Niyə gənclər qaramat içindədir?

selective focus silhouette photography of man playing red-lighted DJ terminal

Səbəblərdən biri musiqidir. Hər obyektdən, maşından, marşrutdan, ofisdən, yutubdan qulağımıza fışqıran fasiləsiz minor notlar, “üzüntülü şarkılar”...

Bu musiqilər bizə dəxli olmayan bir əhval sırıyır. Durduq yerdə zibilə düşürük.

Bir də baxırsan, qaşların düyünlənib, olmayan sevgilinin ayrılığına kədərlənirsən.

Boşuna totalitar cəmiyyətlərdən başlamadım. SSRİ və digər totalitar rejimlərdə ölkəyə bu tip musiqilər, filmlər, əsərlər ayaq aça bilmirdi. Təbii, film, kitab ayrı kontekstin söhbətidir. Bizə anidən yoluxa bilən musiqi gəncləri böyük bir pessimizm şarının içinə salıb.

Məsələn, Sovet dövründə eyni səbəblə məşhur bəstəkar Elza İbrahimovanın mahnılarını 6 il efirə buraxmayıblar. Səbəb kimi bizə bu ladın, ritmin yad olduğu göstərilib. Təbii, sonralar bu gün ağlaya-ağlaya dinlədiyimiz həmin nisgilli, möhtəşəm mahnılar radioya, televiziyalara ayaq açdı.

Bizi kədərə qərq edib duyğulandıran mahnıları da dinləməliyik, insan tez-tez kədərlənməsə kobudlaşıb kötüyə dönər. Ancaq bizi hər gün, hər an kədərləndirən bu burulğanın içində incəlib sapa dönməyimizə də icazə verməli deyilik.

Bu musiqi terrorudur!

Bəli, terrordur, idarəolunandır!

Bəlli tribunalar, musiqi platformaları, brend mağazalar həmin mahnıları xərçəng kimi insanların canına axıdır. Bir müddət sonra dəb halını alan bu musiqilər cahillər tərəfindən tirajlanır. Ritm sizi aldatmasın, bəzən ritmik bir mahnı da pessimist əhval qazandırır.

Senzurası olmayan quruluşlarda hər kəsin öz fərdi senzurası olmalıdır. Hər şeyi dada bilərsən, ancaq qurşandıqlarının mahiyyətini bilməsən, kimdənsə nicat ummağa vaxtın qalmır, əlli-ayaqlı gedirsən. Bəli, fərdlər üçün ən təhlükəli quruluş elə demokratiyadır. Bu isə tamam başqa yazının mövzusudur.

Bəs bizi çökdürən musiqi terrorundan necə qurtulaq?

Harada otursaq, öncə oranın musiqisinə fikir verməliyik. Əgər həmin yerdə yarım saatdan çox oturacağıqsa, mütləq musiqini nəzərə almalıyıq ki, günümüzün digər saatları həmin musiqinin diktəsi altına düşməsin.

Musiqinin insana təsir effektindən söz etməyə ehtiyac yoxdur. Ona görə hər bir hüceyrəmizə hopdurduğumuz bu məhsulu çox saf-çürük etməliyik, yediyimiz yemək, evə aldığımız yağ, içdiyimiz su qədər incələməliyik.

Əgər o gün sizə kədərlənmək lazım deyilsə, özünüzə kiminsə kədərinə qurban etməyin.

Musiqili yerlərdən keçərkən, oturmaq zorunda qalarkən qulağınızda qulaqlıq olsun. Sizi təbii atmosferdən çox da ayırmayan, xüsusən də, neqativ əhvala kökləməyən musiqilər dinləyin.

Özünüzə yaxşılıq edin. Canınızı ətrafı bürüyən terrordan izolyasiyada saxlayın.

# 5237 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

16:37 23 oktyabr 2025
Uşaqların sevimli yazıçısı  - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

Uşaqların sevimli yazıçısı - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

16:30 23 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər