Aktrisa “Sənətkar” medalına layiq görüldü

Aktrisa “Sənətkar” medalına layiq görüldü
23 iyul 2021
# 17:30

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası, Əməkdar artist, Prezident mükafatçısı Nahidə Orucova Teatr Xadimləri İttifaqının qərarı ilə “Sənətkar” medalı ilə təltif olunub.

Kulis.azın verdiyi xəbərə görə, İttifaqın sədri, Xalq artisti, professor Azərpaşa Nemətov bu mükafatı Nahidə xanıma təqdim edərkən ona teatr sahəsindəki uzunillik, səmərəli fəaliyyəti və eyni zamanda 60 illik yubileyi münasibəti ilə xoş arzularını bildirib.

Nahidə Orucova ona göstərilən diqqətə görə Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkürlərini bildirib, teatr sənətinin inkişafı naminə bundan sonra da əzmlə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, indiyə qədər "Sənətkar" medalına Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, teatrın tanınmış aktyorları, Xalq artistləri - Afaq Bəşirqızı, İlham Namiq Kamal, mərhum Ramiz Məmmədov, Əməkdar artist Boris Qrafkin layiq görülüblər.

# 1629 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #