Nizami haqda musiqi albomu təqdim olunub

Nizami haqda musiqi albomu təqdim olunub
24 iyun 2021
# 14:55

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamını əsas götürərək, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanmış “Eternity” (“Əbədilik”) musiqi albomu ictimaiyyətə təqdim olunub.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasından bildirilib ki, layihənin rəhbəri Türkiyədə yaşayan həmyerlimiz, Mimar Sinan Güzel Sanatlar Universitetinin doktorantı, musiqiçi Vüqar Qurbanov, musiqi redaktoru Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov, prodüseri akademiyanın xarici tələbələrlə iş üzrə şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, dizayneri isə Səbinə Rəhimzadədir.

Azərbaycan dili, tarixi və mədəniyyətinin təbliği baxımından olduqca aktual olan layihədə Azərbaycanın dahi şəxsiyyəti və böyük şairi Nizami Gəncəvinin sözlərinə Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəyli, Ağabacı Rzayeva, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Sevda İbrahimova, Gülnaz Abdullazadə, Ceyhun Allahverdiyev, Dilşad Əliyeva tərəfindən bəstələnmiş mahnı-romanslar yer alıb.

Albomun üz qabığında Nizami Gəncəvinin siması əks olunub, içərisində isə dahi şair, həmçinin ifalar haqqında ingilis dilində məlumat yerləşdirilib.

Musiqi albomunda tanınmış vokal ifaçılarından Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Fəridə Məmmədova, Anar Şuşalı, İlham Nəzərovun ifalarında bir-birindən dəyərli musiqi nümunələri lentə alınıb. İfaçıları fortepianoda Xalq artisti Ülviyyə Hacıbəyova, həmçinin Dilşad Əliyeva, Svetlana Əhmədova, Təranə Məmmədova, Ülviyyə Kazımova, Bəbir Bəbirli müşayiət edib. XXI əsr Azərbaycan vokal məktəbinin nümayəndələrinin ifasında həmin romanslar incə zövqlə, yüksək peşəkarlıqla səsləndirilib və onların qəlbləri oxşayan ifalarında Nizami poeziyasının gözəlliyi, dərinliyi öz bütünlüyü ilə əks olunub.

# 1522 dəfə oxunub

Oxşar xəbərlər

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

13:30 24 aprel 2024
Həmid Herisçinin yeni kitabı çap olundu

Həmid Herisçinin yeni kitabı çap olundu

12:30 24 aprel 2024
"Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?

"Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?

12:00 24 aprel 2024
Tramp məşhur qrupun ilham mənbəyi oldu

Tramp məşhur qrupun ilham mənbəyi oldu

11:30 24 aprel 2024
“Yadplanetli” filminin premyerası keçiriləcək

“Yadplanetli” filminin premyerası keçiriləcək

11:00 24 aprel 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:40 24 aprel 2024
# # #