Üzülməyin, Hüseynbala müəllim!

Üzülməyin, Hüseynbala müəllim!
22 aprel 2021
# 13:37

Keçmiş millət vəkili, yazıçı Hüseynbala Mirələmovun məlum videosu məni qətiyyən narahat eləmir.

Əksinə, əhvalıma yaxşı təsir elədi, kefim açıldı, güldüm.

Sizin nəyə əsəbiləşdiyinizi isə anlamıram.

Baş verən hadisənin nəyi sizə qəribə gəlib?

Bir müdirin, rəhbər vəzifəli şəxsin öz katibəsi ilə bu cür rəftarı nə vaxtdan qeyri-adi hadisə olub?

Bu sayaq adamlar katibəsini hərdən-bir “yoxlayıb” da...

Bu, həmişə olub.

Sovet dönəmindən bugünəcən...

Elə yaza-yaza video gözümün qabağına gəldi.

Hərşey yaxşıdır, amma, ay Hüseynbala müəllim, bunu heç olmasa kompüterlə onlayn görüşdə olan zaman eləməyin də.

Heç huşunuz kəsmir ki, qəza baş verə bilər?

Siz axı həm də yazıçısınız.

Gallery

Hətta siz, bildiyim qədərilə, nəinki Azərbaycan, həm də Qırğızıstan, Asiya və Afrika ölkələri yazıçıları birliklərinin üzvüsünüz.

Adam da bu qədər yazıçı olar?!

Bu məsələ ilə bağlı işinizdə ilk problem yarandı. Sizi vəzifədən azad etdilər. Qorxuram titullarınız əlinizdən çıxandan sonra məlum ola ki, siz heç yazıçı da deyilmişsiniz!

On illərdi sizə yazılan təriflərin yalan olduğunu anlayacaqsınız.

Bilmirəm, bəlkə də bunu elə özünüz də on illərdir bilirsiniz.

Mən sizi o videoya görə qətiyyən qınamıram.

Şəxsi həyatınızdır, öz işinizdir.

Əl razı, əllənən razı, mənə nə düşüb?

Bəlkə, müdir olsam, mən də sizin kimi olardım.

Elə sizi qınayanların da çoxu bu fikirdədir, əminəm.

Mən bu illər boyu pulunuza, vəzifənizə görə sizi yalandan tərifləyənləri, bir yazıçı kimi şişirdənləri, öz vicdanını, ən əsası ədəbi vicdanını satanları, ədəbiyyatşünasları, tənqidçiləri qınayıram.

Yayılmış videoya görə qətiyyən üzülməyin.

Bəlkə də, bir yazıçı kimi ədəbiyyatda elə bu video ilə qalacaqsınız.

Çünki, 60 illik yaradıcılığınızda heç bir əsəriniz bu qısa, 5-10 saniyəlik video qədər səs-küyə səbəb olmayıb.

# 4774 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #