Bakı Dövlət Sirki yenidən təşkil olunur

Bakı Dövlət Sirki yenidən təşkil olunur
21 aprel 2021
# 19:00

Yeni strukturu formalaşdırılan Bakı Dövlət Sirkinə janr üzrə artistlərin işə qəbulu elan edilir. Bununla əlaqədar sirkin milli truppa və orkestri yenidən təşkil olunacaq.

Bu barədə Kulis.az-a Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən xəbər verilib.

Məlumata görə, sirkə Azərbaycanda və xaricdə təhsil almış musiqiçi, gimnast, akrobat, güləşçi, pəhləvan, kəndirbaz, kloun, jonqlyor və digər ixtisaslar üzrə istedadlı gənclər dəvət edilir.

Seçim zamanı respublikamızın bədii təhsil üzrə müvafiq ali və orta ixtisas məktəblərinin, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, habelə digər ölkələrin ixtisas təhsili müəssisələrinin məzunları ilə yanaşı, sirk sənətində yüksək qabiliyyət və bacarığı olan şəxslərə də üstünlük veriləcək.

İxtisas üzrə iş təcrübəsinə malik 29 yaşadək gənclərin müraciət etməsi tövsiyə olunur.

Namizəd tərcümeyi-halını (CV) və özü barədə hazırladığı qısa videonu [email protected] elektron poçt ünvanına və ya “WhatsApp” mobil tətbiqi vasitəsilə (+994 50 204 04 54) təqdim edə bilər.

# 1527 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #